XARİCİ İQTİSADİ ƏLAQƏLƏR – ölkәnin, onun tәdiyә balansında әksini tapan xarici iqtisadi fәaliyyәti. Tәdiyә balansı maddәlәrindә xarici ticarәtin nәticәlәri, kapitalın vә işçi qüvvәsinin beynәlxalq hәrәkәti, dövlәt vә qeyri-dövlәt tәşkilatları, müәssisәlәr, firmalar vә fiziki şәxslәr tәrәfindәn hәyata keçirilәn digәr maliyyә әmәliyyatları, o cümlәdәn barter әmәliyyatları, humanitar yardımlar, fәrdi qrantlar vә s. açıqlanır.
Xarici mühitin әlverişsiz olduğu 2020 ildә Azәrb. Resp.-nın tәdiyә balansının әsas komponenti olan cari әmәliyyatlar tarazlığa yaxın olmuşdur. Ona tәsir göstәrәn әsas amillәr ixrac qiymәtlәrinin dәyişmәsi, qeyri-neft sektoru üzrә әmtәә vә xidmәt idxalının azalması olmuşdur. Cari әmәliyyatlar hesabının kәsiri 227,6 mln. dollar vә ya ÜDM-in 0,5%-ini tәşkil etmişdir.
Xarici ticarәt dövriyyәsi 22,7 mlrd. dollar olmuşdur, o cümlәdәn neft-qaz sektoru üzrә 8,9 mlrd. dollarlıq profisit qeyri-neft sektoru üzrә 6,4 mlrd. dollarlıq kәsiri bağlamış vә nәticәdә xarici ticarәt balansında 2,5 mlrd. dollar hәcmindә profisit yaranmışdır (2020).
Əmtәә ixracı 2020 ildә 12,5 mlrd. dollar (2019 il ilә müqayisәdә 26,6% azalma) tәşkil etmişdir. İxrac olunmuş neft mәhsullarının dәyәri 10,8 mlrd. dollar, o cümlәdәn xam neft 8,2 mlrd. dollar, neft emalı mәhsulları 0,4 mlrd. dollar olmuşdur. Qeyrineft sektoru üzrә ixrac 4,3% azalaraq 1,8 mlrd. dollar tәşkil etmişdir.
Əmtәә idxalı 2019 ilә nәzәrәn 11,1% azalaraq 10,1 mlrd. dollar, o cümlәdәn istehlak mallarının idxalının ümumi dәyәri 4,3 mlrd. dollar (әrzaq mәhsulları 1,5 mlrd. dollar) olmuşdur. Qeyri-neft sektoru üzrә idxal 13,3% azalaraq 8,2 mlrd. dollar olmuşdur. İdxalın strukturunda әczaçılıq mәhsulları (27,2%), sabun vә yuyucu vasitәlәr (22,5%) vә tәrәvәz mәhsullarının (13,8%) hәcmi artmış, d.y. nәql. vasitәlәri (2,1 dәfә), tütün vә tütün mәhsulları (27%), mebel mәhsulları (23,9%), metal (22,6), daş vә şüşә mәmulatları (14,6%), şәkәr (14,3%), alkoqollu vә alkoqolsuz içkilәr (11,7%), dәnli bitkilәr (10,1%), ağac (9,3%), kağız mәmulatları (0,9%) vә miniki avtomobillәrinin (0,7%) hәcmi azalmışdır.
X.i.ә-dә xidmәtlәrin ümumi hәcmi 8 mlrd. dollar (2020), o cümlәdәn xarici rezidentlәr tәrәfindәn Azәrb. rezidentlәrinә 5,4 mlrd. dollar, Azәrb. rezidentlәri tәrәfindәn xarici rezidentlәrә göstәrilәn xidmәtlәr 2,6 mlrd. dollar tәşkil etmişdir. Xidmәtlәr balansında yaranan kәsir 8,6% artaraq 2,8 mlrd. dollar olmuşdur.
Birbaşa xarici investisiyalrın ümumi mәblәği 2019 il ilә müqayisәdә 5,9% artaraq 4,5 mlrd. dollara çatmışdır (2020).










