XARİCİ LEGİON (fr. La Légion Ètrangère; isp. Tercio de Extranjeros, hazırda Legión Española) – Fransa vә İspaniyada, әsasәn, ölkә hüdudlarından kәnarda xüsusi әmәliyyat aparmaq üçün nәzәrdә tutulmuş muzdlu hәrbi birlәşmәlәrin adı. X.l.-un hәrbi qulluqçuları hәrbi-peşә, fiziki vә psixoloji hazırlıq vә istәnilәn tәbii-coğrafi şәraitdә (Arktikadan tutmuş dağ-sәhrayadәk) hәrbi әmәliyyatlar aparmaq üçün tәlim keçirlәr.
Fransada 1831 ildә yaradılan X.l. fransız vә xarici vәtәndaşlardan, o cümlәdәn sinfi simasını itirmiş vә mәhkum edilmiş şәxslәrdәn tәşkil olunurdu. 1871 ildә Paris kommunasının yatırılmasında, hәmçinin 19–20 әsrlәrdә Fransanın Afrika, Asiya vә digәr әrazilәrdә apardığı bütün iri әmәliyyatlarda istifadә edilmişdir. 21 әsrin әvvәllәrindә Fransada yerlәşәn 7 polkdan vә yarımbriqadadan, hәmçinin xaricdә yerlәşәn 2 döyüş polkundan ibarәtdir. X.l. komandanlığı bilavasitә Fransa prezidentinә tabedir, onun şәxsi heyәti isә NATO-nun, BMT-nin himayәsi altında Avropa İttifaqı çәrçivәsindә Fransanın beynәlxalq öhdәliklәrinin yerinә yetirilmәsindә, beynәlxalq tәhlükәsizliyә dәstәk qüvvәlәri tәrkibindә (2001 ildәn Əfqanıstanda), terrorçulara qarşı vә girovların azad edilmәsi üzrә xüsusi әmәliyyatların aparılmasında istifadә edilir.
İspaniyada X.l. 1920 ildә Fransanın nümunәsi әsasında yaradılmışdır. 1921–26 illәrdә Mәrakeşdә aparılan hәrbi әmәliyyatlara cәlb edilmiş, 1936–39 illәrdә İspaniya Respublikasına [bax İspaniya inqilabı (1931–39)] qarşı qiyamçıların zәrbә qüvvәsi olmuş, 1956–76 illәrdә Qәrbi Böyük Sәhrada üsyançılara qarşı әmәliyyatlar keçirmişdir. 1921–37 illәrdә X.l.-a F. Franko komandanlıq etmişdir. Hazırda X.l. Seuta, Melilya vә Kanar a-rında yerlәşәn briqada vә 2 әlahiddә polkdan ibarәtdir. 1986 ildә kral Xuan Karlos digәr dövlәtlәrin vәtәndaşlarının X.l.-a cәlb olunmasını qadağan etmişdir. Lakin çağırışçıların çatışmaması sәbәbindәn 2002 ildә Müdafiә Nazirliyi Latın Amerikasından olan ispandilli mühacirlәrin müqavilә әsasında X.l.-da xidmәt etmәsinә icazә vermişdir. X.l.-un hәrbi qulluqçuları NATO-nun xaricdәki (Bosniya, Xorvatiya, Anqola, Nikaraqua, Haiti, Salvador, Qvatemala, Əfqanıstan, İraq vә s.) hәrbi әmәliyyatlarında fәal iştirak edirlәr.










