XÁRİNO – Rusiyanın Perm diyarının Qaynı r-nu әrazisindә, indiki Xarino k. yaxınlığında 5–13 әsrlәrә aid mәzarlıq. Teplou xovların kolleksiyasından vә V.L. Borisovun 1900–02 illәrdә apardığı qazıntılardan (53 kurqanda dәfn edilmiş 63 skelet tapılmışdır) mәlumdur. 1927 ildәn X.-dan tapılmış erkәn materiallar Kama, Vyatka, Vıçeqda, Peçora hövzәlәrindәki Nevolino mәdәniyyәti, Lomovatka mәdәniyyәti, Polom mәdәniyyәti, Yemana-yevskoye mәdәniyyәti vә Vanvizdino mәdәniyyәtinin formalaşması ilә bağlı 5–6 әsrlәrә aid kurqanların vә digәr innovasiyaların yayılma dövrlәrini müәyyәnlәşdirmәk üçün eponimә çevrilmişdir. Bu zona üçün hәmçinin X. tipli kәmәr dәstlәri sәciyyәvidir. X. tipinә aid Kamaboyuda yayılmış, aşağısında salxımşәkilli çıxıntıları olan kömbәyәbәnzәr oyuqlu gicgah asmaları (koltlar) da müәyyәnlәşdirilmişdir.










