XARİUSKİMİLƏR (Thymallidae) – qızılbalığabәnzәrlәr dәstәsindәn olan balıq fәsilәsi. Bәdәnin uz. adәtәn 25–35 sm, kütlәsi 450 q-a yaxın; bәzi X.-in uz. 50 sm-ә yaxın olduqda, kütlәsi 1,4 kq-adәk olur. X. üçün 17–24 şüalı uzun, hündür vә parlaq rәngli bel üzgәci sәciyyәvidir. X. nisbәtәn iri pulcuqlu vә nigah dövründә qızılbalığa bәnzәrlәrin digәr növlәrinә nisbәtәn az parlaq rәngdә olur. Xariusların yeganә cinsi (Thymallus) mürәkkәb cinsdaxili vә növdaxili quruluşa malikdir. Molekulyar-genetik analizlәr nәticәsindә onların iki yeni növü müәyyәn edilmişdir: әvvәllәr Sibir xarisunun (T. arcticus) yarımnövlәri hesab olunan burein (T. burejensis) vә aşağıamur (T. tugarinae) xariusları. X. dağәtәyi çaylarda, nadir hallarda Şm. yarımkürәsinin mülayim vә soyuq qurşaq göllәrindә yaşayır. X. onurğasızlarla (әsasәn su hәşaratlarının sürfәlәrilә) vә xırda balıqlarla qidalanır; qızılbalıqların kürü tökmә yerlәrindә onların kürü vә körpәlәrini yeyә bilir. Yazda kürülәyirlәr, dişilәr daşlıq yerlәrdә 3–10 minәdәk kürü qoyur. Yerli balıq vәtәgәlәri vә süni balıqar tırma obyektlәridir.

Adi, yaxud Avropa xariusu (Thymallus thymallus).










