XARLÁMOV Valeri Borisoviç (14.1.1948, Moskva – 27.8.1981, Solneçnoqorsk ş. yaxınlığında) – Rusiya idmançısı (şaybalı hokkey), SSRİ әmәkdar idman ustası (1969). Dünya hokkey tarixindә әn yaxşı hücumçulardan biridir. Mәrkәzi Ordu İdman Klubu komandasının tәrkibindә 11 dәfә SSRİ çempionatlarında qәlәbә qazanmışdır (1968–81); 438 matç keçirmiş, 293 qol vurmuşdur. İki dәfә ölkәnin әn yaxşı hokkeyçisi seçilmişdir (1972, 1973). SSRİ yığma komandasının heyәtindә (1969–1980) Qış Olimpiya Oyunlarının 2 dәfә (1972, Sapporo; 1976, İnsbruk) çempionu vә gümüş (1980, Leyk-Plesid) mükafatçısı; 8 dәfә dünya çempionu (1969–79), dünya çempionatlarının iki dәfә gümüş (1972, 1976) vә bir dәfә bürünc (1977) mükafatçısı olmuşdur; hәmin turnirlәrdә 123 matç keçirmiş, 89 qol vurmuşdur. 1976 ildә dünya çempionatının әn yaxşı hücumçusu seçilmişdir. SSRİ –Kanada tarixi matçlar seriyasının iştirakçısı (1972, 1974), Çağırış kubokunun sahibidir (1979). Dövlәt Mәrkәzi Bәdәn Tәrbiyәsi İn-tunu bitirmişdir (1971). İki dәfә avtomobil qәzasına düşmüşdür (1976 vә 1981); birinci qәzadan sonra idmana qayıda bilmiş, ikincidә hәyat yoldaşı ilә birlikdә hәlak olmuşdur. Onun adı 1998 ildәn Beynәlxalq Hokkey Federasiyasının Hokkey Şöhrәt zalındadır (Toronto); 2005 ildәn – Milli Hokkey Liqasının Şәrәf hokkeyi Zalındadır (Toronto). Kontinental Hokkey Liqası divizionlarından biri X.-un şәrәfinә adlandırılmışdır. Hәyatı vә idman karyerasına bir neçә sәnәdli vә bәdii filmlәr, o cümlәdәn “Valeri Xarlamov. Əla vә vaxt” (2007), “Hokkey oyunları” (2012), “17 №-li әfsanә” (2013) hәsr olunmuşdur.











