XARRATLI – İrәvan xanlığının Gәrnibasar mahalında, Zәngibasar r-nu (31.12.1937 ildәn Zәngibasar, 14.1.1969 ildәn Masis r-nu) әrazisindә, İrәvan–Culfa avtomobil yolunun vә İrәvan–Naxçıvan d.y. xәttinin kәnarında azәrb.-ların yaşadığı kәnd. 1918–20 illәrdә kәnd ermәni-daşnak hücumlarına mәruz qalaraq dağıdılmış, әhalisi Türkiyә vә İran әrazilәrinә sığınmışdır. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqın әhali doğma kәndә qayıtmışdır. 1926 il dә burada Türkiyәdәn gәlmiş ermәni mühacirlәri dә yerlәşdiril mişdir. 1949 ildә azәrb.-lar deportasiyaya mәruz qalmışdır. 25.1.1978 ildә kәndin adı dәyişdirilәrәk Arevabuyr qoyulmuşdur.










