XÁRTİYA (lat. charta, yun. χάρτης – kağız sözündәn) – orta әsrlәr Qәrbi Avropasında bir sıra sәnәdlәrin adı. Xüsusi vә ümumi hüquqi sәciyyә daşıyırdı. Yeni dövrdәn başlayaraq bir çox konstitusiya aktları, siyasi partiyaların vә ictimai hәrәkatların proqram sәnәdlәri X. adlandırılmışdır: “Xalq xartiyası”, Xartiya-77 (Çexoslovakiyada hüquq-mühafizә hәrәkatının sәnәdi) vә s.










