XARTÚM – Sudanın paytaxtı, eyniadlı vilayәnin inz.m. Əh. 5,2 mln. (2014; Şimali Xartum vә Omdurman ş.-lәri ilә konurbasiyada tәqr. 7 mln.). D.y. vә avtomobil yolları qovşağı. Ağ vә Mavi Nilin birlәşdiyi yerdә port. Beynәlxalq aeroport.
1821 ildә Ağ Nil ilә Mavi Nilin qovşağında yerlәşәn, yerli әhali tәrәfindәn “xortum” (әr. “xartum”, şәhәrin adı bu sözdәn götürülmüşdür) kimi tanınan ensiz torpaq zolağında Misirin hәrbi bazası kimi salınmışdır. Qul alveri mәrkәzi kimi inkişaf etmiş, 19 әsrdә mühüm inzibati vә ticarәtmaliyyә mәrkәzinә çevrilmişdir. 1885 ildә mehdiçilәr [bax Mehdiçilәr üsyanı (1881–85)] tәrәfindәn tutulmuş vә dağıdılmışdır. 1899 ildәn İngiltәrә Misir Sudanının inzibati mәrkәzi olmuş, tәdricәn bәrpa edilmişdir. 1956 ildәn müstәqil Sudanın paytaxtıdır. 1970-ci illәrdәn qonşu dövlәtlәrdәn, 1980-ci illәrin әvvәllәrindәn vәtәndaş müharibәsi şәraitindә Cәnubi Sudan vә Darfurdan olan miqrasiyanın mәrkәzi idi. 2008 ilin mayında X.-da Darfur r-nunun üsyançı qruplaşması ilә hökumәt qüvvәlәri arasında toqquşmalar baş vermişdir.
Bütün müqәddәslәr anqlikan baş kilsәsi (1913, memar R.U.Şults; hazırda muzeydir), Respublika sarayı, Qordon memorial kolleci (hazırda Xartum un-ti), “Qrand hotel” mehmanxanası, Əl-Kәbir mәscidi (hamısı 20 әsrin әvvәllәri), postmodernizm üslubunda Əl-Şeyx mәscidi (1984), “Burc әl-Fateh “ mehmanxanası (2009, memar D. Trinqali), Salam kardioloji xәstәxanası (2010, “TAMassociati” memarlıq bürosu), yeni prezident sarayı (2015) şәhәrin diqqәtәlayiq yerlәrindәndir.
H. Sudanın elm, tәhsil vә mәdәniyyәt mәrkәzidir: Milli tәdqiqat mәrkәzi (1970, 1991 ildәn indiki adı vә statusu ilә; tәrkibindә – elmi tәdqiqat in-tları: әtraf mühit problemlәri, tәbii ehtiyaclar vә sәhralaşma, tropik tәbabәt, kosmik vә aerokosmik tәdqiqatlar, dәrman bitkilәri vә әnәnәvi tibb vә s.), İctimai sağlamlıq elmi tәdqiqat in-tu (2009). Ali tәhsil müәssisәlәri arasında dövlәt un-tlәri: X. (1902; tәrkibindә elmi tәdqiqat in-tları vә mәrkәzlәri: Afrika vә Asiya tәdqiqatları, endemik xәstәliklәr, sәhralaşma problemlәri, dәvәçilik vә s.; hospital), Sudan elm vә texnologiya un-ti (1932), Afrika beynәlxalq un-ti (1977), Əl-Nileyn un-ti (1993), Sudan Açıq un-ti (2002). Musiqi vә dram in-tu (1969; әrәb әnәnәvi musiqisi tәdrisi) var. Muzeylәr: Tәbiyyat tarixi (1906; X. un-ti nәzdindә), etnoqrafiya (1956), Milli (1971) vә s. Sudan Milli kitabxanası (1945, X. un-ti tәrkibindә); bir neçә peşәkar teatr truppası, “Beyt әl-Sәqafә” (1991, teatrla birlikdә), Britaniya, İran vә s. mәdәniyyәt mәrkәzlәri fәaliyyәt göstәrir. Botanika bağı.

Xartum şәhәrindәn görünüş.
Çoxfunksiyalı idman qurğularından olan Xartum beynәlxalq stadionunda (23 min yer) futbol üzrә Sudan yığması çıxış edir, 1957 vә 1970 illәrdә Afrika millәtlәr kuboku matçları vә 2011 ildә Afrika millәtlәr çempionatı keçirilmişdir.
H. ölkәnin mühüm iqtisadi mәrkәzidir. 21 әsrin әvvәllәrindә ÜRM-in strukturunda xidmәt sferası üstünlük tәşkil edirdi; aparıcı sektorları: inzibati (korporativ idarәetmә dә daxil olmaqla), bank-maliyyә xidmәtlәri, pәrakәndә vә topdan ticarәt (X.-un mәrkәzindә Sudanın әsas bazarı yerlәşir), nәql.-logistika xidmәtlәri (ölkәnin әn iri beynәlxalq aeroportu ildә 2 mln.-dan çox sәrnişin qәbul edir), hәrbi obyektlәrә xidmәt (Vadi-Seydna aerodromu vә bir sıra digәr bazalar), tәhsil, sәhiyyә. Şәhәrdә dövlәt müәssisәlәri, diplomatik nümayәndәliklәr vә beynәlxalq tәşkilatların (BMT-nin strukturunda vә s.) ofislәri, Sudan Mәrkәzi bankı (1960), Xartum fond birjası (1994), dövlәt şirkәtlәrinin (“Sudapet” – neft sәnayesi, “Sudan airways” – aviadaşımaları) mәnzil-qәrargahları, müştәrәk vә xarici şirkәtlәrin (o cümlәdәn Çinin “The China National Petroleum Corporation”, Malayziyanın “Petronas” vә s.), bankların (әsasәn, islam) baş ofislәri yerlәşir. Beynәlxalq turizm (işgüzar, mәdәni-tanıdıcı, kruiz vә s. növlәri), mehmanxana vә restoran biznesi inkişaf etmәkdәdir. X. Sәrgi Mәrkәzi әrazisindә Beynәlxalq yarmarka keçirilir (1976 ildәn, qeyri-müntәzәm). Sәnaye sahәlәri arasında yeyinti (o cümlәdәn iri unüyütmә z-dları, qәnnadı mәmulatları istehsalı, alkoqolsuz içkilәr), yüngül (toxuculuq, trikotaj, dәri ayaqqabı), tikinti materialları istehsalı (sement z-du – gücü ildә 1,6 mln. t mәhsul, şüşә istehsalı vә s.), kimya sәnayesi (әczaçılıq mәhsulları vә s.), qara metallurgiya (poladәritmә, prokat istehsalı), maşınqayırma vә metal emalı (elektron vә optic avadanlıqlar da daxil olmaqla hәrbi tәyinatlı mәhsullar; dizel generatorları vә s.) mühüm yer tutur. 2010-cu illәrin әvvәllәrindәn iqtisadiyyatın qeyri-formal sektorunda çalışanların sayı (tәqr. 45%; ev tәsәrrüfatlarında istehsal olunan әmtәә vә xidmәtlәr) tәdricәn artmaqdadır.










