XARTUM MƏDƏNİYYƏTİ – ŞimalŞәrqi Afrikada (Mavi vә Ağ Nil çaylarının aşağı axarlarından Nilin ikinci kandarınadәk) Protoneolit – Neolit dövrlәrinә aid arxeoloji mәdәniyyәt. 1944–45 illәrdә Xartum ş. yaxınlığında A. Arkell (B.Britaniya) tәrәfindәn aparılan qazıntılar nәticәsindә müәyyәnlәşdirilmişdir. Erkәn mәrhәlәyә (tәqr. e.ә. 8600–5500) aid sah. tәqr. 0,75 ha olan yaşayış mәskәnlәri, ovçu düşәrgәlәri, gildәn vә şüvüldәn evlәr; dalğavarı xәtlәrlә (sonralar punktirlәrlә) bәzәdilmiş dairәvi oturacaqlı, nazik divarlı keramika; daşdan hazırlanmış qaşovlar, kәsici alәtlәr, seqmentlәr, ox ucluqları, bıçaqlar, hәvәng dәstәlәr; qarmaqlar, itiuclular, sümük vә dişlәrdәn hazırlanmış daraqvarı möhürlәr tapılmışdır; ovlanmış hippopotam, antilop, dağkeçisi, naqqa balığı, tısbağa vә molyuskların qalıqlarına, hәmçinin meyvә, kalış vә s. becәrilmәsi izlәrinә rast gәlinmişdir. Son mәrhәlәdә (tәqr. e.ә. 5500– 3000) sah. tәqr. 4 ha olan yaşayış mәskәnlәri, düşәrgәlәr, möhrәdәn vә qamışdan yüngül evlәr, uçbucaq, ziqzaq vә ya yarımdairәlәrdәn ibarәt naxışları olan cilalanmış gil kasalar meydana gәlmişdir; pardaqlanmış daş balta vә kәrkilәr, sümükdәn qarmaqlar, dәvәquşu yumurtası qabığından vә amazonitdәn muncuqlar (Böyük Sәhranın mәrkәzi hissәsindәn), zeolitdәn dodaq bәzәklәri (Efiopiya әrazisindәn) tapılmışdır; keçi, qoyun vә dağkeçilәrinin yetişdirilmәsinә başlanmışdır. Yaşayış mәskәnlәrindә vә yaxınlığındakı mәzarlıqlar da böyrü üstә, bükülü vәziyyәtdә dәfn edilmiş (o cümlәdәn avadanlıqla) meyitlәrin başı, әsasәn, ş.-ә, üzü şm.-a istiqamәtlәndirilmişdir; son mәrhәlәdә qablarda dәfnә dә rast gәlinir. Genetiklәr tәrәfindәn zәnci vә Avropa irqlәrinin әlamәtlәri izlәnilir. X.m. Atir mәdәniyyәtini әvәzlәmişdir; X.m. ilә şm.-da onu әvәz etmiş Kerma mәdәniyyәti arasında xronoloji boşluq var.
Xartum. Əl-Nur mәscidi (2010).










