XAR-US-NUUR – Monqolustanın q.-dә, Böyük Göllәr çuxurunda göl. Sah. 1486 km2. 1157 m yüksәklikdә yerlәşir. Dәrinliyi 4,5 m-әdәkdir. Gölә Xovd çayı tökülür. Çay qolu ilә Xar-Nuur gölü ilә birlәşir. Sahillәri alçaq, qismәn bataqlıqlaşmışdır. Noyabrdan aprelәdәk donmuş olur. Balıqla zәngindir. Su quşları, yerli şәraitә uyğunlaşdırılmış ondatra var.

Xar-us-Nuur gölü.










