XARÚZİN Nikolay Nikolayeviç (1865, Moskva – 7.4.1900, Moskva) – rus etnoqrafı, Rusiya etnoqrafiyasının banilәrindәn biri, tarixçi vә arxeoloq, tәkamül mәktәbinin ardıcılı. 1885 ildә Moskva Un-tinin hüquq fakültәsinә daxil olmuş, lakin 1890 il dә fakültәni tәrk etmişdir. 1886 ildәn (hәlә tәlәbәlik illәrindәn) 1896 ilә qәdәr Rusiya imperiyasının müxtәlif regionlarında – Krımda, Qafqaz da, Baltikayanıda vә Sibirdә, Arxangelsk vә Olonetsk qub.-larında etnoqrafik çöl işlәri aparmışdır. Arxivlәrdә 18–19 әsrlәrdә toplanmış etnoqrafik materialların sistemlәşdirilmәsi ilә mәşğul olmuşdur. 1892 ildә X. Almaniyaya vә Fransaya gedәrәk tarixi öyrәnmış, hәmçinin yerli etnoqrafik muzeylәrin kolleksiyaları ilә tanış olmuş, Ş.Leturno, Q.Mortilye vә b. professorların mühazirәlәrini dinlәmişdir. 1889–93 illәrdә Tәbiyyat elmlәri hәvәskarları cәmiyyәtinin etnoqrafiya şöbәsinin katibi olmuş, “Rusiyanın kәnd әhalisinin hәyat tәrzinin tәdqiqi üçün mәlumatlar toplusu”nu redaktә edәrәk nәşr etdirmiş, “Etnoqrafik
X. Rusiyada ilk dәfә (1898 ildәn etibarәn) Moskva Un-tindә vә Lazarev ad. Şәrq dillәri Un-tindә etnoqrafiya üzrә mühazirә kursunu oxumuşdur. Tәdqiqatları adәt hüququna, dini tәsәvvürlәrә, türk vә monqol xalqlarında yaşayış evlәrinin tarixinә, müxtәlif xalqlarda ailә vә nәsil münasibәtlәrinin xüsusiyyәtlәrinә hәsr olunmuşdur. X.-in Rusiya etnoqrafiyasının klassikası sayılan әsәrlәri arasında saamlar, xantılar, mansilәr vә finlәrin әnәnәvi mәdәniyyәtinә (ayinlәr vә әnәnәvi inanclar daxil olmaqla) dair tәdqiqatlar var. Əsәrlәrindә etnoqrafik mәlumatlarla yanaşı, әlaqәli fәnlәrin mәlumatlarını nәzәrә almaqla materialların kompleks şәkildә tәdqiqi metodunu tәtbiq etmişdir. araşdırmalar” (1889) jurnalının inkişafinda mühüm rol oynamışdır.










