XASAVYURD – RF-dә, Dağ. Resp.-nda şәhәr. Xasavyurd r-nunun mәrkәzi. Əh. 138,4 (2016). Yarığsu çayı sahilindәdir. D.y. st. Avtomobil yolları qovşağı.
Aul kimi, ehtimal ki, 18 әsrin sonu – 19 әsrin әvvәllәrindә meydana gәlmişdir. 1831 ildә Qazı Mәhәmmәdin qoşunları tәrәfindәn dağıdılsa da, tezliklә bәrpa edilmişdir. 1846 ildә gen.-m. R.K. Freytaqın tәşәbbüsü ilә aulun yaxınlığında rusların “Yarıksuv” (1847 ildәn Xasavyurd) hәrbi istehkamı tikilmişdir. 1848 ildә daha möhkәm ikinci istehkam inşa edilmiş, onun şm. hissәsindә forştadt (bayır şәhәr) yaranmışdır. Şәrqi hәrbi şöbәnin Qumuq dairәsinin mәrkәzi (1860–1869/70) vә Terek vil.-nin dairә mәrkәzi (1869/70–1920) olmuşdur. 1860 ildәn X.-da müntәzәm yarmarka keçirilmişdir. 1894 ildә X.-dan keçәn Beslan – Petrovsk-Port d.y. xәtti üzrә hәrәkәt açılmışdır. 1917 ilin noyabrından Dağlılar respublikasının tәrkibindә idi. 1918 il aprelin 22-dә Uzun Hacı Saltinskinin dәstәlәri tәrәfindәn qarәt edilmiş vә yandırılmışdır. 1919 il fevralın 17-dә Denikinin Könüllü ordusunun hissәlәri şәhәri tutmuşdur. 1920 il martın 28-dә sovet hakimiyyәti qurulmuşdur. Dağıstan MSSR-in (1991 ildәn Dağıstan Respublikasının) dairә (1921–28), kanton (1928–29) vә rayon (1929 ildәn) mәrkәzi olmuşdur. 1931 ildәn şәhәr, 2002 ildәn respublika әhәmiyyәtli şәhәrdir.
Şәhәrdә gimnaziya, mәrkәzi kitabxana, muzey, mәdәniyyәt sarayı, mәtbәә vә s. fәaliyyәt göstәrir. Mәdәniyyәt vә istirahәt parkı var. 1990–2010-cu illәrdә mәscidlәr (o cümlәdәn Şәrq mәscidi) inşa edilmişdir.
Yerli k.t. mәhsulunu emal edәn yeyinti sәnayesi inkişaf etmişdir. Konserv (meyvә, tәrәvәz, әt konservlәri), әt kombinatı, süd vә şәrab z-dları fәaliyyәt göstәrir. Üzümçülük vә quşçuluq var.

Xasavyurd şәhәrindәn görünüş.










