XASAYEV Arif Murtuzәli oğlu (27.8.1934, Qazax r-nunun Qıraq Kәsәmәnlik. – 13.5.2006, Bakı) – neft yataqlarının işlәnilmәsi sahәsindә Azәrb. alimi, texnika e.d. (1974). Azәrb. Sәnaye İn-tunu bitirmişdir (1956). 1956–66 illәrdә resp.-nın neft mәdәnlәrindә, “Qaradağneft” neft-qazçıxarma idarәsindә müxtәlif vәzifәlәrdә çalışmışdır. 1966–86 illәrdә Azәrb. Dövlәt Neft Sәnayesi Elmi-Tәdqiqat vә Layihә İn-tu vә Azәrb. Neft vә Kimya İn-tunda işlәmişdir. Tәdqiqatları neft yataqlarının işlәnilmәsi vә istismarının müxtәlif problemlәrinin hәlli sahәsindәdir. Elmi kadrların hazırlanmasında xidmәti var. 200-dәn çox elmi әsәrin müәllifidir. Qubkin ad. mükafata layiq görülmüşdür.










