XASAYEV Rauf Murtuzәli oğlu (1935, Qazax r-nunun Qıraq Kәsәmәnli k. – 1999, Bakı) – neft-qaz quyularının qazılması sahәsindә Azәrb. alimi, texnika e.d. (1974). 1957 ildә Azәrb. Sәnaye İn-tunu bitirmişdir. 1957–60 illәrdә “Azәrdәniz–neft–kәşfiyyatı” trestindә, 1960–67 illәrdә Azәrb. SSR Neft Sәnayesi Nazirliyi “Xәzәr–dәnizneft kәşfiyyatı” qazıma işlәri idarәsindә müxtәlif vәzifәlәrdә çalışmışdır. 1967 ildәn Azәrb. Politexnik İn-tunda vә Azәrb. Neft vә Kimya İn-tunda pedaqoji fәaliyyәt göstәrmişdir. 1969–89 illәrdә Ümumittifaq tәhlükәsizlik texnikası ETİ-dә laboratoriya müdiri, direktor müavini işlәmiş, 1996–99 illәrdә Azәrb. Politexnik İn-tunda prof. olmuşdur. Tәdqiqatları quyuların qazılması ilә әlaqәdar sәmәrәli tәdbirlәrin işlәnilmәsi, avadanlığın istilik hesabatları vә dağıtmayan sınaq üsulları ilә әlaqәdar mәsәlәlәr vә s. sahәsindәdir. Elmi kadrların hazırlanmasında xidmәti var. 300-dәn çox elmi әsәrin müәllifidir.










