XASIYEV Samir Zirәddin oğlu (20.4.1973, Bakı – 17.3.1995, Bakı) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 4.4. 1995). 1991 ildә BDU-nun tarix fakütәsinә qәbul olunmuşdur. Elә hәmin il hәrbi xidmәtә çağırılmış, Dәrnәgüldәki tikinti batalyonunda xidmәt etmişdir. 1992 ildә öz xahişi ilә döyüş bölgәsinә göndәrilmişdir. İlk döyüşü Ağdamın Mәrzili k.-ndә olmuşdur. 1993 ildә Füzuli, Ağdәrә, Tәrtәr bölgәlәrindә gedәn gәrgin döyüşlәrdә şücaәt göstәrmişdir. 2 aylıq zabitlәr kursuna göndәrilmiş, leytenant rütbәsi aldıqdan sonra bölük komandiri olmuşdur. Gәncә qiyamının (1994) yatırılmasında fәal iştirak etmişdir. 1995 il martın 17-dә Bakıda dövlәt çevrilişinә cәhdin qarşısı alınarkәn hәlak olmuşdur. Bakıda 2-ci Şәhidlәr Xiyabanında dәfn edilmişdir. Bakının Nәrimanov r-nun dakı parka adı verilmiş vә büstü qoyulmuşdur.











