XASİYEVA Könul Kazım qızı (d.17.3. 1968, Şәki) – Azәrb. müğәnnisi. Azәrb. Resp. xalq artisti (2016). Azәrb. Dövlәt Konservatoriyasını (prof. A.Babayevin sinfini) bitirmişdir (1991). Repertuarında klassik muğam (Şur, BayatıŞiraz, Çahargah, Segah vә s.), xalq mahnıları (“Qara gilә”, “Uca dağlar”, “Ay bülbüllәr”, “Elә bәndәm” vә s.), tәsniflәr vә Azәrb. bәstәkarlarının (R.Mirişli, B.Nәsibov, Ş.Abdul- kәrimov, Ə.Mәmmәdov vә b.) mahnıları әsas yer tutur. Bir çox xarici ölkәdә qastrol sәfәrlәrindә olmuşdur.











