Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XASMƏMMƏDOV Xәlil bәy Hacıbaba oğlu
    XASMƏMMƏDOV Xәlil bәy Hacıbaba oğlu (25.10.1873, Gәncә – 1947, İstanbul)– Azәrbaycan Xalq Cümhuriyyәtinin (AXC) siyasi vә dövlәt xadimi. Gәncә klassik gimnaziyasında oxumuş, Moskva Untinin hüquq fakültәsini bitirmişdir (1895). Yekaterinodar (indiki Krasnodar) vә Yelizavetpol (G ә n c ә) dairә mәhkәmәlәrindә işlәmiş, “İttifaqi-müslimin” partiyasının din vә hüquq komissiyalarının üzvü olmuşdur. Yelizavetpol qub.-ndan 2-ci Dövlәt dumasına deputat seçilmiş (1907), F.Xoyski ilә birlikdә Dumanın milli-dini bәrabәrlik komissiyasının üzvü olmuşdur. 3-cü Dövlәt dumasında (1907–12) Azәrb.-ı tәmsil edәn yeganә deputat, Dumanın imperatora müraciәt hazırlanması, sorğular, köçürmә işi, mәhkәmә islahatı üzrә komissiyalarının üzvü idi. X. Dumanın bütün fәaliyyәti dövründә әdalәtli idarәçilik, yerli әhaliyә torpaq verilmәsi, xalq tәhsili, hәrbi mükәllәfiyyәt, seçki, dini etiqad, zemstvo idarәlәrinin tәtbiqi, yerli mәhkәmәnin dәyişdirilmәsi vә s. mәsәlәlәrlә bağlı çıxışlar etmişdir. X. ibtidai mәktәbdә ana dilindә tәhsili müdafiә etmiş, eyni zamanda “dövlәt dilini bilmәyi zәruri” saymışdır. Zaqafqaziya (Qori) seminariyasının Azәrb. şöbәsinin Gәncәyә köçürülmәsi vә onun müstәqil fәaliyyәt göstәrmәsi üçün Xalq Maarifi Nazirliyi qarşısında vәsatәt qaldırmış, 1911 il noyabrın 30-da hәrbi mükәllәfiyyәt haqqında qanun layihәsi üzrә çıxış edәrkәn mükәllәfiyyәtin müsәlmanlarada şamil olunmasını tәlәb etmişdir.
    H. Yelizavetpol şәhәr bәlәdiyyә rәisi (1913–17) işlәmişdir. Fevral inqilabından (1917) sonra Gәncәdә “Türk Ədәmi-mәrkәziyyәt partiyası”nın yaradıcılarından biri, 1917 ildә keçirilmiş Qafqaz (Bakı, aprel) vә Ümumrusiya (Moskva, may) müsәlmanları qurultaylarının iştirakçısı olmuşdur. “Müsavat” partiyasnın birinci qurultayında (Bakı, 1917, 26–31 oktyabr) Mәrkәzi Komitәnin üzvü seçilmişdir. Azәrb. milli hәrәkatının rәhbәrlәrindәn biri, Yelizavetpol Qәza İcraiyyә Komitәsinin sәdri, Zaqafqaziya komissarlığında dövlәt nәzarәti komissarı, Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan (1918, 26 may) sonra Azәrb. Milli Şurasının (1918, 27 may) üzvü olmuşdur.
    H. AXC-nin 1-ci hökumәt kabinetindә әdliyyә naziri, 2-ci kabinetindә portfelsiz nazir, 1918 il oktyabrın 6-da әdliyyә naziri, 3-cü kabinetdә daxili işlәr naziri, 5-ci kabinetdә әdliyyә naziri vәzifәlәrini tutmuşdur. “Müsavat” partiyasından parlamentin üzvü idi. Azәrb. nümayәndә heyәtinin tәrkibindә Cәnubi Qafqaz respublikaları konfransında (1919, aprel–iyun) iştirak etmişdir.
    1920 ilin aprelindә AXC-nin Türkiyәdә sәfiri tәyin olunmuş, Aprel işğalından (1920) sonra İstanbulda yaşamış, siyasipub lisistik fәaliyyәt göstәrmiş, “Yeni Qafqasya” (1923–27), “Azәri-türk” (1928–31), “Odlu yurd” (1920–30), “Azәrbaycan yurd bilgisi” (1932 ildәn nәşr olunmuşdur) jurnallarında, Parisdә fransız dilindә “Prometey” (1929–38), rus dilindә “Kavkaz” (1932–38), Berlindә Azәrb. dilindә nәşr edilәn “İstiqlal” (1932–34) vә “Qurtuluş” (1934–38) qәzet vә jurnallarında siyasi mәzmunlu mәqalәlәr dәrc etdirmişdir.
    H. Azәrb. Milli Mәrkәzi (1924, İstanbul) Mәrkәzi Komitәsinin vә “Müsavat” partiyasının İstanbulda fәaliyyәt göstәrәn xarici bürosunun 3 nәfәrdәn (M.Ə.Rәsulzadә – sәdr, M.B.Mәmmәdzadә – katib, X. – xәzinәdar) ibarәt rәyasәt heyәtinin üzvü idi. 1930-cu illәrin әvvәlindә Milli Mәrkәz vә xarici büro daxilindәki ixtilafların dәrinlәşmәsi Azәrb. siyasi mühacirәtinin parçalanması ilә nәticәlәndi. Milli Müsavat Xalq Partiyasının konfransında (1936, avqust; Varşava) X. partiya sıralarından xaric edildi.
    Azәrb.-ın bütün Qafqazın türk-müsәlman xalqları ilә sıx birliyinin qızğın tәrәfdarı olan X. Azәrb. vә Şimali Qafqaz mühacirlәri tәrәfindәn yaradılmış “Azәrbaycan-Dağlılar birliyi”nin ilk sәdri idi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 