XASPOLADOV Əjdәr Mahmud oğlu (22.2.1901, Göyçay – 1986, Moskva) – Azәrb. hәrbi xadimi, әdliyyә gen.-m-u. Moskvada Şәrq zәhmәtkeşlәri un-tini vә Ali hüquq in-tunu bitirmişdir. Ukrayna Hәrbi Dairәsinin 6-cı korpusu tәrkibindәki Perekop atıcı diviziyasının hәrbi tribunalının (1924–26), 3-cü Türküstan atıcı diviziyası hәrbi tribunalının (1926 ildәn) üzvü olmuşdur. Bir neçә Şәrq dilini mükәmmәl bilәn X. 1930-cu illәrin әvvәlindә Orta Asiya Hәrbi Dairәsi üzrә hәrbi tribunalın sәdri tәyin edilmişdir. 1956 ildә hәrbi xidmәtdәn istefaya çıxmışdır. Sovet ordusu tәrkibindә İranda olmuşdur. 2-ci dünya müharibәsindә rәşadәt göstәrmişdir. Lenin ordeni, 2 Qırmızı Bayraq ordeni, Vәtәn müharibәsi ordeni ilә tәltif edilmişdir.
Əd.: N ә z i r l i Ş. Azәrbaycan generalları. B., 1991.










