XASS İNCU – orta әsrlәrdә Azәrb.-da vә bәzi Yaxın Şәrq ölkәlәrindә mövcud olmuş mülkiyyәt forması. Hülakular dövründә geniş yayılmışdı. Əsasәn, hökmdara vә xanәdan üzvlәrinә mәxsus torpaqlar X.i. adlanırdı. “X.i.” termini 15 әsrdәn aradan çıxmışdır (bax hәmçinin İncu).










