XASSƏ (әr. الخاصة ; yun. ἴδιον; lat. proprium) – hәr hansı predmetә xas olan, onu öz-özlüyündә, digәr predmetlәrlә münasibәtdәn kәnarda sәciyyәlәndirәn fәrqli әlamәt, yaxud keyfiyyәt. Hәr cür X. nisbidir; X. yalnız digәr X.-lәrә vә şeylәrә münasibәtdә mövcuddur. Bütün şeylәrә aid vә ya materiyanın öz mahiyyәti ilә bağlı X. ümumi X. (atribut) adlanır.










