XAŞI MİNERAL SU BULAQLARI –Azәrb. Resp. Quba r-nunun Xaşı k.-ndәn 3 km c.-ş.-dә, dәniz sәviyyәsindәn 670 m hünd.-dәdir. Suyunun minerallaşma dәrәcәsi 1,3 q/l, debiti 120 m3/gün, temp-ru 37–40°C-dir. Balneoloji tәrkibi:
pH 6,8 D 120 m3/gün T 37–40°C Suyu zәif minerallaşmış, hidrokarbonatlı, natriumludur. Yerli әhali tәrәfindәn müalicә mәqsәdilә istifadә edilir.










