XATƏMİ Mәhәmmәd (d.29.9.1943, Ərdәkan) – İran dövlәt vә siyasi xadimi. Ayәtullah ailәsindәndir. 1965–70 illәr dә İsfahan vә Tehran un-tlәrindә tәhsil almışdır. 1970-ci illәrdә Mәhәmmәd Rza Pәhlәviyә qarşı çıxış edәn siyasi qüvvәlәrә qoşulmuşdur. 1978 ildә Avropa da İran müxalifәtini әlaqәlәndirәn İslam mәrkәzinin başçısı kimi Hamburqa yollanmışdır. İran İslam inqilabının (1979) qәlәbәsindәn sonra Ərdәkandan deputat seçilmişdir. 1982–92 illәrdә mәdәniyyәt naziri olmuşdur. 1997 ilin mayında prezident (2001 ildә ikinci müddәtә) seçilmişdir. Onun hakimiyyәti dövründә islam senzurası zәiflәmiş, hökumәtin ünvanına tәnqidlәrә qismәn icazә verilmişdir. Beynәlxalq münasibәtlәrin yumşaldılmasına vә Qәrb dövlәtlәri ilә daha sıx әlaqәlәrin qurulmasına sәy göstәrmişdir. 2005 ilin iyununda prezident seçkilәrinin ikinci mәrhәlәsindә M. Əhmәdinecada mәğlub olmuşdur.











