Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XATİRƏ TİKİLİLƏRİ 
    XATİRƏ TİKİLİLƏRİ – ayrı-ayrı şәxslәrin xatirәsinә vә tarixi hadisәlәrin şәrәfinә yaradılan tәsviri sәnәt vә memarlıq әsәrlәri (abidә, monument, ehram, heykәl, zәfәr tağı, sütun, obelisk, sәrdaba, türbә, qәbirüstü abidә, mavzoley, mәbәd vә s.). X.t. bәşәr sivilizasiyasının әn erkәn memarlıq nümunәlәrindәndir. Əzәmәtli ölçülәri, xüsusi möhkәmliyi, inşasının mürәkkәbliyi vә onlara sakral münasibәt әnәnәsi X.t.-nә tәbii obyektlәrә mәxsus әbәdilik xüsusiyyәti vermәk arzusundan irәli gәlmişdir. Tәbiәtlә harmoniyada olan arxaik mәdәniyyәtlәrin әn qәdim nümunәlәri – meqalitlәr, kurqanlar artıq sәliqәli görünüşü vә düzgün hәndәsi formaları ilә tәbiәtin kortәbii strukturundan fәrqlәnir. Qәdim Misir ehramları mәhz bu prinsiplәr әsasında tikilmişdir. Digәr qәdim mәdәniyyәtlәrin X.t. dә memorial funksiyalar ilә dәfn vә kult funksiyalarını özündә әks etdirmişdir. Kolumbaqәdәrki Amerika hindilәrinin tikdiklәri ehramlar hәm dini, hәm dә müdafiә tәyinatlı idi.
    Zaman keçdikcә X.t.-nin mahiyyәti vә tәyinatı daha çox fәrqlәnmәyә başlamışdır. Qәdim Şәrqdә X.t. kimi hökmdarların hәrbi qәlәbә vә әmәllәrini әbәdilәşdirәn relyef vә stelalar geniş yayılmışdı. Antik dövrdә başçıların, sәrkәrdәlәrin, qәhrәmanların vә hökmdarların mәqbәrә komplekslәri meydana gәlmişdir. Qәdim Yunanıstanda monumental insan fiqur formasında abidәlәr vә hüzn ifadә edәn dәfn stelaları yaradılmışdır. Qәdim Romada X.t. hәm zәfәr pafosunu (zәfәr tağı, zәfәr qapısı, zәfәr sütunu), hakimiyyәtin әzәmәtini, hәm dә ölәnin xatirәsini әbәdilәşdirmәk (mәqbәrә, sәrdaba, mәzardaşı, sarkofaq, kenotaf) mәqsәdi daşıyırdı. Orta әsrlәr Avropasında mәqbәrә inşa etmәk әnәnәsi saxlanılmışdı; İntibah dövründәn başlayaraq, hökmdarlara vә sәrkәrdәlәrә abidәlәr qoyulurdu. İslam Şәrqindә türbәlәr geniş yayılmışdı.
    Azәrb. memarlığında bürcvarı türbәlәrin tikintisi 12 әsrdә müәyyәnlәşmiş, 13–14 әsrlәrdә geniş yayılmışdı: Tәbriz, Naxçıvan, Bәrdә, Qarabağlar, Xaçıntürbәtli, Sәlmas, Xiyav vә Füzuli bölgәsinin Aşağı Veysәlli k.-ndә, Zәngilan bölgәsindә. Qüllәvarı türbәlәr dә mahiyyәt etibarilә xatirә abidәlәridir (Ölcaytu Xudabәndәn türbәsi, Yusif ibn Küseyir türbәsi, Babı türbәsi, Mömünә xatın türbәsi, Bәrdә türbәsi, Gülüstan türbәsi, Şüәra mәqbәrәsi, Nizami mәqbә rәsi vә s.). Hindistandakı Tac-Mahal türbәsi dünyanın әn ziqiymәt memarlıq abidәlәrindәndir.
    18 әsr–19 әsrin 1-ci yarısına xas әnәnәvi portret-heykәllәr 20 әsrdә memarlıqheykәltәraşlıq ansamblları ilә әvәz edilmişdir: Birinci dünya müharibәsi (1914–18) qurbanlarına hәsr olunmuş Riqada Qardaşlıq mәzarlığı kompleksi, 1925–29, heykәltәraş K.Zale, memar A.Birzeniyek vә b.; Belqrad yaxınlığındakı Avala dağında Namәlum әsgәrә abidә, 1934–38, heykәltәraş İ.Meştroviç; Birinci dünya müharibәsi zamanı hәlak olmuş türk әsgәrlәrinin xatirәsinә inşa edilmiş Çanaqqala şәhidlәri abidәsi (1954–60, memarlar F.Kip, İ.Utkular, D.Ərginbaş), Türkiyә Resp.-nın qurucusu vә ilk prezidenti Mustafa Kamal Ata türkün Ankarada yerlәşәn mәqbәrәsi  (1944–53; memarlar E.Onat vә O.Arda). Bakı әmәliyyatı (1990) qurbanlarının xatirәsinә 20 Yanvar abidә-kompleksi (2009–10, memar Ə.Mәmmәdov, heykәl tәraşlar C.Dadaşov, A.Əliyev), Xocalı soyqırımı (1992) qurbanlarının xatirәsinә hәsr olunmuş “Ana harayı” abidә si (layihәnin rәhbәri memar C.R.Əlizadә, heykәltәraşlar Aslan, Mahmud vә Teymur Rüstәmovlar) Bakıda ucaldılmışdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 