XÁVKİN Vladimir Aaronoviç (15.3.1860, Odessa – 26.10.1930, Lozanna) – rus bakterioloqu vә epidemioloqu. Novorossiysk Untinin tәbiyyat fakültәsini bitirmişdir (1884). Odessada Zoologiya muzeyindә işlәmişdir. 1888 ildә Cenevrә Un-tinin privat-dosenti olmuş, 1889–93 illәrdә Parisdә Paster İntunda İ.İ.Meçnikovun rәhbәrliyi altında işlәmişdir. 1893 ildә vәba ilә mübarizә mәqsәdilә Hindistana köçmüşdür. 1893–1904 illәrdә dövlәt bakterioloqu vә eyni zamanda Bombeydә onun tәşәbbüsü ilә yaradılmış taun әleyhinә laboratoriyanın direktoru olmuşdur; sonralar, 1925 ildә bu laboratoriya әsasında onun adını daşıyan yenidәn tәşkil edilmiş in-t (Haffkine Institute) yaradıldı. 1915 ildә o, Parisә qayıtmışdır.
Əsas әsәrlәri vәba vә taun xәstәliklәrinin öyrәnilmәsinә hәsr edilmişdir. İlk dәfә vәba (1892) vә taun (1896) әleyhinә effektiv vaksinlәr yaratmışdır. 1928 ildәn Lozannada yaşamış, ictimai fәaliyyәtlә mәşğul olmuşdur. Ölümündәn sonra Hindistanda onun ad. poçt markası buraxılmışdır. X.-dәn qalan arxiv Yerusәlimdәki Yәhudi Un-tindә saxlanılır.











