XAYALIQ – әksәr mәmәlilәrdә (o cümlәdәn insanda) qasıq nahiyәsindә bәdәn divarının kisәşәkilli dәri çıxıntı. X.-da toxumluqlar (insanda xayalar) yerlәşir. Yumurtlayan birdәliklilәrdә, әtәnәlilәr arasında bәzi cücüyeyәnlәrdә vә kәm dişlilәrdә, fillәrdә, sirenlәrdә vә balina kimilәrdә X. olmur. Cücüyeyәnlәrdә, gәmiricilәrdә, yarasalarda, bir sıra primatlarda toxumluqlar ancaq çoxaltma dövrün dә X.-a enir vә o başa çatdıqdan sonra xüsusi әzәlәlәrin yığılması sayәsindә açıq qasıq kanalından bәdәn boşluğuna dartılır. Toxumluqların X.-da yerlәşmәsi onlarda temp.-run bәdәn boşluğuna nisbәtәn daha aşağı sәviyyәdә saxlanmasına kömәk edir, bu isә spermatogenezin hәyata keçirilmәsi üçün vacibdir. X. insanda uzununa xayanın çәpәri ilә yarıya bölünmüşdür vә onların hәr birindә xaya, onun artımı vә toxum ciyәsinin xayalıq hissәsi yerlәşir; bәtndaxili hәyatın 3-cü ayında әmәlә gәlir. Toxumluqların bәdәn boşluğunda qalması kriptorxizm adlanır.










