XAYXÉ – Çinin ş.-indә çay. Bayxe, Veyxe, Yundinxe vә digәr çayların aşağı axınıdır. Uz. (Veyxe çayının mәnsәbindәn) 102 km, hövzәsinin sah. 280 min km2. Böyük Çin düzәnliyindә axır; Sarı dәnizin Bohay körfәzinә tökülür. Yağış suları ilә qidalanır. Yayda daşqınlar olur. Ortaillik su sәrfi 650 m3/san. Suvarmada istifadә olunur. Gәmiçiliyә yararlıdır. Tyantsizin ş. X.-nin sahilindәdir.










