XAZNAVAR, X o z n a v a r – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Gorus r-nu) azәrb.-ların yaşadığı kәnd. 1828 ilә qәdәr kәnddә ancaq azәrb.-lar yaşamışdır; Türkmәnçay müqavilәsindәn sonra bura İrandan köçürülmüş ermәnilәr dә yerlәşdirilmişdir. 1918 ildә ermәni-daşnak hücumlarına mәruz qalaraq әhalisi qovulmuş vә kәnd tamamilә ermәnilәşdirilmişdir.










