XEÇJELƏR (özlәrini n a n i o, n a b e i, n a n a i – “yerli adam”; k i l e n, x e ç j e n – “aşağıdakılar”, “şәrqlilәr” adlandırırlar) – Çindә xalq. Xeyluntszyan әyalәtinin Tuntszyan, Jaoxe qәzalarında Amur, Sunqari vә Ussuri çayları sahillәrindә, hәmçinin Fuyuan, Xuaçuan, Futszin, Szyamusı qәzalarında yaşayırlar. Sayları 1,5 min nәfәrdәn çoxdur. Altay dil ailәsinin tunqusmancur qrupuna mәxsus nanay dilinә yaxın xeçje dilindә danışırlar.
17 әsrin sonlarından Çin tarixi salnamәlәrindә qeyd olunurlar. 20 әsrin әvvәllәrinәdәk mancur yazı sistemindәn istifadә edirdilәr. Hazırda ana dillәrini, demәk olar ki, tamamilә itiriblәr, Çin dili vә yazı sistemindәn istifadә edirlәr. Əsas mәşğuliyyәtlәri yayda balıqçılıq (nәrә, keta), qismәn yığıcılıq, әkinçilik, qışda ovçuluq (әsasәn, xәzli heyvan ovu), ilboyu maldarlıqdır. Ənәnәvi evlәri karkaslı-dirәklidir, isti sәkisi (naxa) olur. Əllәrin, alnın vә burnun üst hissәsinin şәkildöymә ilә bәzәdilmәsi qalmaqdadır. Yeddi ekzoqam qәbilәyә (xala) bölgü mövcud idi. Ailә kiçik vә monoqamdır. Ənәnәvi inancları ruhların kultu, şamanizmdir. Folklorları (nağıllar, nәğmәlәr) zәngindir.










