XEFRÉN (Qәdim Misir dilindә Xafra, hәrfәn “qoybәrq vursun Ra”; yun. Χεφρήν) – Qәdim Misirdә IV sülalәnin fironu (tәqr. e.ә. 26 әsrin ortalarında 26 il hakimiyyәtdә olmuşdur). Xeopsun oğlu, qardaşı Cedefranın xәlәfi. Qәdim Misirin ikinci әn hündür piramidasını (143,5 m) vә Memfis yaxınlığında Cizә nekropolundakı Böyük sfinks heykәlini tikdirmişdir. Herodotun mәlumatına görә, xalqın ağır istismarı hesabına atası tәrәfindәn başlanılmış nәhәng firon sәrdabalarının tikintisini davam etdirmişdir. Cedefradan sonra “Ranın oğlu” firon titulunu vә Günәş allahına itaәtini bildirәn “allah gözәldir” lәqәbini qәbul etmişdir.










