Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XEMİLÜMİNESSENT ANALİZ
    XEMİLÜMİNESSENT ANALİZ xemilüminessensiya işıq selinin ölçülmәsinә әsaslanan kimyәvi analiz üsulu; lüminessent analizin variantı. Kimyәvi çevrilmәlәrin elementar aktlarını öyrәnmәyә, reaksiyaların sürәtini ölçmәyә, reagentlәrin qatılıqlarını müәyyәn etmәyә imkan verir. X.a.-dә miqdari tәyin reaksiyanın sürәti ilә (indikator reaksiyası) xemilüminessensiyanın intensivliyi arasındakı korrelyasiyaya әsaslanır. Belәliklә, X.a. üsulu kinetik analiz üsullarına aiddir vә onu axar sistemlәrdә tәtbiq etmәk әlverişlidir.
    İndikator reaksiyasının sürәti reagentlәrin, katalizatorun vә ya inhibitorun, hidrogen ionlarının qatılığından asılıdır, buna görә dә birlәşmәlәrin böyük bir qrupu X.a.-inin kömәyi ilә tәyin olunur. İndikator reaksiyalarında tez-tez istifadә olunan lümines sensiyaedәn üzvi birlәşmәlәrdәn (lüminol, lüsigenin, lofin vә s.) başqa oksidlәşdiricilәri (hidrogen-peroksid, ozon, molekulyar oksigen, hipoxloritlәr, persulfatlar vә s.), bir çox metalları (indikator reaksiyalarının katalizatorları), indikator reaksiyalarının inhibitorlarını (fenol vә amin qrupları olan aromatik birlәşmәlәr, üzvi birlәşmәlәrin halogenli törәmәlәri vә s.), mühitin turşuluğunu dәyişdirәn birlәşmәlәri, müxtәlif tәbiәtli birlәşmәlәri (lüminessensiya söndürücülәri) tәyin etmәk olar.
    X.a.-in növü olan biolüminessent analiz lüsiferinlәrin vә lüsiferazın iştirakı ilә gedәn fermentativ oksidlәşmә proseslәrinә әsaslanır. Biolüminessent analiz oksidazaların iştirakı ilә gedәn biokimyәvi proseslәrin öyrәnilmәsindә; canlı hüceyrәlәrin, toxumaların, qan suspenziyasının vә digәr biol. obyektlәrin biolüminessensiyasından bir sıra xәstәliklәrin (xәrçәng, şәkәrli diabet) diaqnostikasında geniş istifadә olunur.
    X.a.-i hәm homogen mühitdә, hәm dә immobilizә olunmuş fermetlәri olan sistemlәr dә daxil olmaqla müxtәlif heterogen sistemlәrdә aparmaq olar. X.a. üsulları axar variantlarda indikator reaksiyalarının kinetikasını öyrәnmәyә (oksidlәşdirici vә ya reduksiya edicinin axını dayandırılan zaman) imkan verir. Qaz halında, maye vә ya ovuntu nümunәlәrin elektrogenerasiya olunmuş ozon – hava qarışığı ilә birbaşa oksidlәşmәsi, reagentlәrlә doldurulmasına ehtiyacı olmayan vә atmosferdәki azot oksidlәrini tәyin edәn anali zatorların, şirin vә dәniz sularındakı, torpaq vә dib çöküntülәrindәki üzvi maddәlәrin oksidlәşmәyә qarşı davamlılığını vә yekun miqdarını tәyin edәn analizatorların yaradılmasında X.a.-dәn istifadә edilmәsinә imkan verir.
    Adәtәn, X.a. aparatları şüalanma mәnbәyi olan şәffaf pәncәrәli xanadan vә işıq filtri, bәzәn monoxromatoru olan foto qәbul edicidәn ibarәtdir. X.a.-in aparılması üçün şüalanmanı hәyәcanlandıran mәnbә lazım deyil, buna görә dә işığın sәpәlәnmәsi baş vermir; bu da, nümunәdә analitin aşkar edilmәsinin aşağı mütlәq hәddini
    (10–14 q-a qәdәr) tәmin edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 