XEMUDU – Aşağı Yanszı boyunda Neolit dövrünә aid arxeoloji mәdәniyyәt. 1973 ildәn aparılan arxeoloji qazıntıar zamanı aşkar lanmış ilk yaşayış mәskәninin adı ilә adlandırılmışdır.
X.-1 (kalibrlәnmәmiş radiokarbon üsulu ilә müәyyәnlәşdirilmiş tarixlәri: e.ә. 5010±100, 4775±140). Burada Asiyada әn qәdim dirәküstü tikililәr, hәmçinin digәr yaxşı saxlanılmış ağac konstruksiyalar, mәmulatlar (o cümlәdәn avarlar, alәt sapları, qablar) aşkar edilmişdir. Keramika kasalar, tillәri, altlıqları olan qәdәhlәr, әsasәn, dairәvi oturacaqlı parçlar vә bardaqlar, tavalar vә s. ilә tәmsil olunur; bir sıra formalar qulplu vә lülәlidir, unikal “çaydan” tapılmışdır. Keramika naxışları dairәlәr, yarımda irәlәr, cızma xәtlәrlәrdәn ibarәtdir, bunlar arasında “maska” әtrafına çәkilmiş “quş” cütlüyü (digәr halda budaqlar) unikaldır; donuz vә әfsanәvi heyvanların tәsvirlәri dә var. Mürәkkәb naxışlı saxsı iylәr, donuz, qoç vә quş fiqurları, insan başları; bir-birinin daxilindә üç dairә ilә bәzәdilmiş vә perimetri boyunca çәpәki xәtlәri olan möhür, daş baltalar (o cümlәdәn cilalanmış), kәrkilәr, toxalar, ikidәlikli nazik bıçaq, “qövslәr” (Tunc dövründә nefritdәn düzәldilmiş “qövslәr” ictimai statusun göstәricisi idi), hәmçinin sümükdәn düzәldilmiş ox vә nizә ucluqları, qarmaqlar, kürәklәr, bıçaqlar, sancaqlar, asmalar, tütәklәr, parçlar vә s. aşkar edilmişdir. Tәsvirlәr arasında müxtәlif tәrәflәrә baxan quş başları, bir-birinin daxilindә dairәlәrә alınmış pәlәng var. Tәsәrrüfatın әsasını çәltikçilik, hәmçinin donuz, it, ehtimal ki, camış yetişdirilmәsi tәşkil edirdi.

Xemudu mәdәniyyәti: solda qara rәngli saxsı qab,
sağda avarformasında әşya (oyma, fil sümüyü).
X.-2 (e.ә. 4360±100 illәrdәn e.ә. 3960±90 illәrәdәk) vә X.-3 (e.ә. 3660±80 illәrdәn e.ә. 3420±95 illәrәdәk) X.-1 әnәnәlәrini davam etdirir, artan әhalinin ş.-ә vә c.-a, Tayvan a.-nadәk axını izlәnilir. Meyitlәr çalalarda bükülü vәziyyәtdә (başları ş.-ә vә c.-ş.-ә doğru) dәfn edilmişdir. X.-2-dә keramika üzәrindә möhürlә vurulmuş naxışlar, heyvan vә s. tәsvirlәri, fil dişindәn olan lövhәcik üzәrindә dairәlәrin yanında 2 quş başı qeydә alınmışdır. X.-3-dә üç - ayaqlı qablar, ayaqları әyri “qәdәhlәr” vә s. meydana gәlmişdir; işarәlәr arasında çәpәki xaçlar, bitişik qövslәr var.
X.-4 (e.ә. 3360±100 illәrdәn e.ә. 3100±100 illәrәdәk) yeni әhali axını sәbәbindәn Lyançju-1 ilә әlaqәlәndirilir. Başları q.-ә vә ya
ş.-ә doğru istiqamәtlәnmiş meyitlәr uzadılmış vәziyyәtdә dәfn edilmişdir. Keramik qablarda içiboş ayaqlar (o cümlәdәn hәndәsi fiqurlar formasında düzülmüş dәliklәrlә) meydana gәlmişdir. İşarәlәr arasında “içәrisindә iki uçbucağı olan dairә”, “sәkkizguşәli ulduz”, “düz xaç”, “dairә vә qövslәrlә xaç” var.










