XENTİY – Monqolustanın şm.-ş.-indә aymak (1930 ildә yaradılmışdır). Sah. 80,3 min km2. Əh. 77,9 min (2020). İnz. m. Underxaan ş.-dir.
Tәbiәt. Ərazisi mühafizә olunan Xan-Xentiy r-nundadır, әsasәn, Xentiy d-rından ibarәtdir (әn yüksәk zirvәsi Asralt Xayxan d.-dır – 2800 m); q.-dә Terel Milli Parkı ilә hәmsәrhәddir. Faydalı qazıntıları: qızıl, gümüş, bozumtul kvars, asbest, volfram, daş kömür, dәmir filizi, qalay, mis. Çay şәbәkәsi sıxdır; iri çayları: Tuul, Onon-Qol, Kerulen. İqlimi kontinentaldır. Yağıntının illik miqdarı 100–200 mm, dağlarda 500 mm-dәkdir. Çoxlu isti vә soyuq müalicәvi sular (Gurvan nuur, Ono, Avarga Toson, Tars vә s.), zәngin vә müxtәlif bitki vә heyvanlar alәmi, o cümlәdәn yabanı gilәmeyvәlәr (qırmızı vә qara qarağat, çiyәlәk, mavi gilәmeyvә), hәmçinin müxtәlif növ müalicәvi otlar var. Aymak әrazisindә nәsli kәsilmәk tәhlükәsi altında olan ceyran, sığın, qonur ayı, canavar, vaşaq, Sibir porsuğu, samur, cüyür, dәlә mәskunlaşmışdır.
Tәsәrrüfat. ÜDM-in tәqr. 76%-ini k.t., onun da 90%-ini heyvandarlıq mәhsulları tәşkil edir. ÜRM 2,01 mln. dollar, adam başına düşәn ÜRM 67874,036 dollardır (2020). Heyvandarlıqda inәkçilik (tәqr. 5 mln. baş; 2020) vә qoyunçuluq, atçılıq üstün yer tutur. Aymak özünün çapağan atları ilә tanınır. X.-dә “Çandqana tal” (Under xaan ş.-dәn 50 km mәsafәdә) kömür hövzәsi, “Bar gilt” (Darxan somonu) dәmir filizi yatağı, “Munqur-Undur” (Umnudelger somonu) gümüş yatağı yerlәşir. Turizm inkişaf etmişdir.










