XENTİY – Monqolustanın şm.-ş.-indә yayla (şm. qolları RF-dәdir). Uz. tәqr 250 km. Maks. hünd. 2800 m. Əsasәn qranitlәrdәn tәşkil olunmuşdur. Sәthi hamarlaşmış zirvәlәr sәciyyәvidir. Qәdim buzlaşma izlәrinә rast gәlinir. Meşә-çöl landşaftı üstündür. Qonur kömür yatağı var. Ulan-Bator ş. X.-in әtәklәrindәdir.










