Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XERÈS-DE-LA-FRONTÈRA
    XERÈS-DE-LA-FRONTÈRA (Jerez de la Frontera) – İspaniyanın c.-unda, Əndәlis muxtar vil.-nin Kadis әyalәtindә şәhәr. Əh. 192,2 min (2020). Ölkәnin ucqar c.-unda, Əndәlis ovalığında, Atlantika okeanının Kadis körfәzi sahilindәn 15 km mәsafәdәdir. Avtomobil yolları qovşağı. D.y. st. Xeres beynәlxalq aeroportu.
    İndiki şәhәrin әrazisindә ilk yaşayış mәskәnlәri e.ә. 3-cü minillikdә finikiyalılar tәrәfindәn salınmışdır. Uzun müddәt karfagenli lәrin, romalıların, sonra isә әrәblәrin tabeliyindә olmuşdur. 1264 ildә kral X Alfonso (M ü d r i k A l f o n s o) şәhәri işğal edәrәk onu Kastiliya vә Leona birlәşdirmişdir. 15 әsrin sonu – 16 әsrin әvvәllәrindәn birlәşmiş İspaniyanın tәrkibindәdir.
    2 bürcü ilә әrәb qәsrinin divarları (12 әsr, İntibah dövrünә aid qәbul zalları), plateresko üslubunda Kasa-del-Kabildo-Vye-xo (keçmiş Ratuşa, 1575, memar A. de Ribera), hәmin üslubda 15–16 әsrlәrә aid çox saylı saraylar (Morlas, Davila, Rikelme vә s.) saxlanılmışdır. San-Markos, San-Dionisio (hәr ikisi 13 әsrin 2-ci yarısı, mudexar üslubunda), San-Migel (15 әsrin sonları – 17 әsr, qotika vә İntibah formalarında), San-Salvador (1695–1778, klassisizm elementlәri ilә barokko üslubunda) kilsәlәri var. “Qalyo Asul” binası şәhәrin simvollarından biridir (1927–28, memar A.Qonsales).
    Xeres-de-la Frontera. “Qalo Asul” binası.
    Kadis vә Milli distant tәhsil (Madrid ş.) un-tlәrinin kampusları, “Padre Luis Koloma” in-tu (1838; nәzdindә kitabxana vә muzey), şәhәr kitabxana vә arxivi; arxeologiya (1873), “Atalaya” (1973; nәzdindә şәrab vә saat muzeylәri), “Rivero” şәkil (1998), “Belen” (2011) rәssamlıq, Əndәlis geyimi, A.Kabral ad. k.t. texnikası vә s. muzeylәr, “Vilyamarta” multijanrlı teatrı (1928), Əndәlis Flamenkonu sәnәdlәşdirmә Mәrkәzi (1987; cәnubi ispan xalq musiqisi flamenkonu öyrәnir, qoruyur vә popul yarlaşdırır), “Peskaderiya Vyexa” (1994), “Sala Kompaniya” (2003), “Soko de Artesaniya” (2008) vә s. mәdәniyyәt mәrkәzlәri, IFECA konfrans mәrkәzi vә sәrgi mәrkәzi fәaliyyәt göstәrir. Zoologiya vә botanika bağı (1892), “Uşaq şәhәri” tematik parkı, “Equada Militar” (1847; atların yetişdirilmәsi) hәrbi in-tu var.
    Xeres avtodromunda (1985 ildә açılmışdır) “Formula-1” dünya çempionatının İspaniya (1986–90) vә Avropa (1994 vә 1997) Qranpri mәrhәlәlәri keçirilmişdir; 1987 ildәn (1988 il istisnadır) burada hәr il “Moto Qran-pri” sinfindә dairәvi moto yürüş üzrә dünya çempionatının mәrhәlәsi olur. “Çapin” (1988; 20,5 mindәn artıq yer) şәhәr stadionunda Beynәlxalq Atçılıq Federasiyasının (FEI) Ümumdünya atçılıq oyunları (2002) keçirilmişdir.
    Şәhәr iqtisadiyyatının әsasını xidmәt sferası tәşkil edir. Başlıca sahәlәri logistik xidmәtlәr, ticarәt vә turizm biznesidir. Dünyada tanınan şәrabçılıq (spirt qatılmış “Jerez” markalı şәrablar) mәrkәzidir. Şәhәrdәn şm.-ş.-dә elmi-texnoloji aqrosәnaye parkı fәaliyyәt göstәrir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 