Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XERSÓN – Ukraynada şәhәr.
    XERSÓN – Ukraynada şәhәr. Xerson vil.-nin mәrkәzi. Əh. 295 min (2016; aqlomerasiyada 450 min). Dnepr çayının sağ sahilindә, onun Dnepr limanına töküldüyü yerin yaxınlığındadır. Nәql. qovşağı. Port. Beynәlxalq aeroport.
    1737 ildә Rusiya-Türkiyә müharibәsi (1735–39) zamanı indiki şәhәrin yerindә rus qoşun dәstәlәri tәrәfindәn istehkam tikilmişdir. 1778 ildә istehkamın yerindә X. ş. (Xersonesin şәrәfinә adlandırılmışdır) salınmışdır. Novorossiysk qub.-nın (1778–83, 1796–1802), Yekaterinoslav (1783–95) vә Voznesensk (1795–96) canişinliklәrinin, Nikolayev (1802–03) vә Xerson qub.-larının (1803–1920) qәza şәhәri olmuşdur. 19 әsr – 20 әsrin әvvәllәrindә yәhudi icması şәhәrdә mühüm rol oynayırdı. Odessa (1847) vә Nikolayev (1849) ilә daimi paroxod әlaqәsi, Nikolayev–Xerson d.y. xәtti (1907) üzrә hәrәkәt açılmışdır.
    1917 ilin noyabrından 1918 ilin yanvarınadәk Ukrayna xalq respublikası hökumәtinin nәzarәtindә idi. 1918 il yanvarın 30–31-dә sovet hakimiyyәti qurulmuşdur. 1918 ilin aprel–dekabrında Avstriya qoşunları tәrәfindәn tutulmuş, 1919 ilin fevralında Ukrayna direktoriyasının hakimiyyәtini tanımış yerli şәhәr duması vә hәrbi-inqilab komitәsinin nәzarәtindә olmuşdur; eyni zamanda 1919 ilin yanvar–mart aylarında şәhәrdә ingilis-fransız vә yunan qoşunları yerlәşmişdir. 1919 il martın 9–10-da ataman N.A.Qriqoryevin dәstәlәri tәrәfindәn tutulmuş, 1919 ilin may–avqust aylarında Qırmızı ordunun, 1919 ilin avqustundan 1920 ilin fevralınadәk Rusiyanın cәnubundakı silahlı qüvvәlәrin nәzarәti altında idi. 1920 il fevralın 3-dә Qırmızı ordu tәrәfindәn tutulmuşdur. Ukr. SSR-in Xerson (1920), Nikolayev (1920–22) vә Odessa (1922–23) qub.-larının qәza şәhәri olmuşdur. İkinci dünya müharibәsi zamanı 1941 il sentyabrın 19-da alman qoşunları tәrәfindәn işğal olunmuş, 1944 il martın 13-dә sovet qoşunları tәrәfindәn azad edilmişdir. 1944 ildәn Ukr. SSR-in (1991 ildәn Ukraynanın) vilayәt mәrkәzidir.
    Şәhәrin müntәzәm planını 1778 ildә memar M.N.Vetoşkin işlәmişdir. Keçmiş qala әrazisindә Peterburq vә Oçakov darvazaları (memar F.D.Danilov), arsenal (hәr ikisi tәqr. 1784, klassisizm üslubunda) vә s. qalmışdır. Yunan-Sofiya kilsәsi (1770, 1808 ildә yenidәn qurulmuşdur), Uspeniye kilsәsi (1786–98), 18 әsrin sonu – 20 әsr yaşayış binaları saxlanılmışdır. İngilis hәkimi C.Hovarda (1820), Q.A.Potyomkinә (1836, 2003 ildә bәrpa edilmişdir), A.A.Suvorova (1950) abidә qoyulmuşdur.
    Mühüm elm vә tәhsil mәrkәzidir. Ukrayna Aqrar Elmlәri Milli Akademiyasının Suvarma Əkinçiliyi İn-tu (1889), Xerson (1917, indiki adı vә statusu 2002 ildәn; nәzdindә – botanika bağı, 1934), aqrar (1874), milli texniki (1959), admiral S.O.Makarov ad. gәmiqayırma (filial) dövlәt un-tlәri, Dövlәt Dәnizçilik Akademiyası (1834), bir neçә qeyri-dövlәt ali mәktәbi fәaliyyәt göstәrir. O.Qonçar ad. universal (1872) vә tibb (1945) vilayәt elmi kitabxanaları, X. vilayәtinin dövlәt arxivi (1921); diyarşünaslıq (1890), A.A.Şovkunenko ad. rәssamlıq (1912; 1978 ildәn indiki statusu vә 1981 ildәn indiki adı) vilayәt muzeylәri, M. Kuliş ad. musiqili dram (1936, 2005 ildәn akademik), kukla (1971) vilayәt teatrları, vilayәt filarmoniyası (1944) vә planetari (1960) var.
     
    Xerson şәhәrindәn görünüş.
    İdman qurğularından “Kristal” futbol stadionu (10 min yer) vә “Favorit-Arena” buz sarayı (450 yer) fәaliyyәt göstәrir.
    X. Ukraynanın cәnubunda mühüm sәnaye mәrkәzidir. Neft emalı, maşınqayırma (o cümlәdәn gәmiqayırma), yüngül vә tamlı mәhsullar sәnayesi әn çox inkişaf etmiş sahәsidir. Xerson NEZ (2017 ildә yenidәn qurulmuşdur) fәaliyyәt göstәrir. Aparıcı maşınqayırma müәssisәlәri: “Smart-Meritaym Qrupp” gәmiqayırma tәrsanәsi (tanker, balker, konteynerdaşıyan, buzqıran vә s. gәmilәr), dövlәt “Pallada” (müxtәlif üzәn qurğular, o cümlәdәn doklar), maşınqayırma (taxılyığan kombayn vә s.), elektromexanika (nasos texnikası), elektrik maşınqayırma (avtotraktor elektrik avadanlığı), kardan valı, akkumulyator, “Anto-Rus” avtomobilyığma (avtobus), “Avia-Pro” müştәrәk Ukrayna-Almaniya (turist tәyyarәlәri, pilotsuz uçuş aparatları, para planlar) vә s. Pambıq parça kombinatı (2017 ildә yenidәn qurulmuşdur), makaron vә qәnnadı f-klәri, “Aris” (buğda unu, manna yarması, qarğıdalı kәpәyi), süd (fransız “Danone” şirkәtinin bölmәsi; şirkәtin ölkәdә satdığı ümumi mәhsulun tәqr. 30%-ini istehsal edir), konserv (uşaq qidası) vә yağ z-dları, balıq kombinatı fәaliyyәt göstәrir. Sellüloz-kağız mәhsulları, rezin-texniki vә dәmir-beton mәmulatlar, şüşә qablar istehsal olunur. Xidmәt sferasının әsas sektorları: inzibati, nәql.-logistika, maliyyә, ticarәt. X. portunun yük dövriyyәsi 3,9 mln. t (dәniz vә çay terminalı da daxil olmaqla), sәrnişin dövriyyәsi 1,2 mln. nәfәr (2014) tәşkil edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 