XERSONÉS, T a v r i y a X e r s o n e s i [yun. Χερσόνησος – burun, yarımada; Bizans dövründә – Xerson (Χερσών); lat. Chersonesus; rus dilindә – Korsun] – Cәnubi Krımda, Herakleya y-a-nda, indiki Sevastopol ş.-nin kәnarında mövcud olmuş qәdim vә orta әsrlәrә aid şәhәr. 1827 ildәn, o cümlәdәn 1853 ildә A.S.Uvarov tәrәfindәn, müntәzәm olaraq 1888 ildәn [20 әsrin әvvәllәrindәn xorada (k.t. üçün istifadә olunan әrazi)] K.K.Kostyuşko-Valyujiniç (X. muzeyinin yaradıcısı), 1908–14 illәrdә R.X.Leper, sonralar muzey, Ermitaj, Dövlәt Tarix Muzeyi, Ural, Xarkov, Texas un-t lәrinin, SSRİ (Rusiya), Ukr. SSR (Ukrayna) EA Arxeologiya in-tlarının ekspedisiyaları tәrәfindәn qazıntılar aparılmışdır.
E.ә. 422/421 (digәr fәrziyyәyә görә e.ә. 528) ildә Pont Herakleyasından gәlmiş yunanlar tәrәfindәn salınmışdı. Əvvәl demokratik polis olmuşdur. E.ә. 4 әsrdә Herakleya y-a-na, sonralar Şimal-Qәrbi Krıma (o cümlәdәn Kerkinitida, Kalos-Limen) yiyәlәnmişdi. E.ә. 4 әsrin ikinci yarısı – e.ә. 3 әsrin birinci yarısında X.-in tәqr. 40 ha әrazisi yollarla sahәsi 17 ha-dan 26,5 ha-dәk olan pay torpaqlarına (tәqr. 400 sayda aşkar edilmişdir) bölünәn xora (tәqr. 10000 ha) kimi Hippodam sistemi üzrә planlaşdırılmışdı. E.ә. 3–2 әsrlәrdә baş vermiş müharibәlәrin gedişindә X.-in şm.-q. mülklәrini skiflәr tutmuşdular. E.ә. 110–107 vә ya e.ә. 113–111 illәrdә Diofant (VI Mitridat Ev patorun sәrkәrdәsi) onları mәğlub etmişdi; X. Pont çarlığına, sonra isә Bospor dövlәtinә qatılmışdı. E.ә. 1 әsrin ikinci yarısında Roma imperiyasının protektoratı altında muxtariyyәt әldә etmiş (siyasi quruluşu aristokratik respublika), xorada iri villalar meydana gәlmişdi. Eramızın 2 әsrindәn X. Şimali Qaradәnizyanıda Romanın (sonra Bizansın) әsas forpostu, Bizans dövründә bir çox ictimai vә dövlәt xadiminin sürgün yeri olmuşdur. 9 әsrdәn Cәnub-Qәrbi Krımın daxil olduğu femanın mәrkәzi idi. 1204 ildә Trapezund imperiyasının hakimiyyәtinә keçmişdi. 13 әsrin ikinci yarısından Qara dәnizdә әsas ticarәtin İtaliya tacirlәrinin әlinә keçmәsi, monqolların hücumları vә s. sәbәblәr 15 әsrin ortalarında X.-in sakinlәr tәrәfindәn tәrk edilmәsinә gәtirib çıxarmışdı.
Əsas abidәlәri: e.ә. 3 әsrә aid teatr (Şәrqi Avropada yeganәdir), qorunub saxlanılmasına görә unikal hesab edilәn müdafiә divarları vә xora, böyük nekropol, xristian mәbәdlәri, eramızın 12–13 әsrlәrinә aid şәhәr mәhәllәlәri, tutumu 40 t-adәk olan balıq duzlama çәnlәri; e.ә. 4 әsrin sonu – 3 әsrin әvvәllәrinә aid X. vәtәndaşlarının andı, qәdim yunan vә latın kitabәlәri, polixrom naxışlı stelalar, e.ә. 4–3 әsrlәrә aid çaydaşı mozaikaları, eramızın 6–7 әsrlәrinә aid mәbәdlәrin mozaikalı döşәmәlәri, memarlıq detalları, heykәllәr, steatit vә tunc ikonalar, xırda heykәltaraşlıq әsәrlәri, sikkәlәr (o cümlәdәn e.ә. 4 әsrin sonundan yerli zәrb), möhürlәr, şirli keramika, mәişәt vә idxal әşyaları vә s. 1892 ildәn muzey olan X. hazırda “Tavriya Xersonesi” Dövlәt Tarix-Arxeoloji muzey-qoruğudur. X.-dәn olan zәngin kolleksiyalar Ermitajda, Dövlәt Tarix Muzeyindә, Dövlәt Tәsviri Sәnәt Muzeyindә saxlanılır. X. vә onun xorası Ümum dünya irsi siyahısına daxil edilmişdir.










