XETAQÚROV Kosta (Konstantin) Levanoviç (tәxәllüsü Kosta) [15.10.1859, Şimali Osetiya, Alagir r-nunun Nar k. – 1.4.1906, indiki Qaraçay-Çәrkәz MV, Kosta Xetaqurov k.; Vladiqafqazda dәfn edilmişdir] – osetin şairi, publisist, ictimai xadim, osetin yazılı әdәbiyyatı vә әdәbi dilinin banisi. Osetin vә rus dillәrindә yazmışdır. Atası hәrbçi olmuşdur. 1881–85 illәrdә Peterburq Rәssamlıq Akademiyasında oxumuş, maddi ehtiyac üzündәn tәhsilini tamamlamamışdır. 1885 ildәn Vladiqafqazda yaşamış, maarifçilik fәaliyyәti sәrgilәr, әdәbi-musiqili gecәlәr vә s.-nin tәşkili ilә mәşğul olmuşdur. “Severnı Kavkaz”, qәzetindә kәskin publisistik çıxışlarına vә demokratik baxışlarına görә dәfәlәrlә sürgün olunmuşdur. “Osetin lirası” (1889) şerlәr kitabının, “Fatimә” (1889, 1959 ildә ekranlaşdırılmışdır), “Mәhkәmә önündә” (1893), “Ağlayan qaya” (1894) romantik poemaları, pyeslәrin vә s. әsәrlәrin müәllifidir. Osetin xalqının keçmişi vә bu günü, mәnәvi-ruhani dahaqları, qafqazlıların mәdәniyyәti vә sosial problemlәri X-un vәtәnpәrvәrlik duyğuları ilә yazılmış әsәrlәrinin әsas mövzusudur. X. hәm dә ilk osetin rәssamıdır. Rәsm әsәrlәrindә xalqın hәyat vә mәişәtini әks etdirmişdir. Portretlәri vә mәnzәrә rәsmlәri dә var. Haqqında bәdii film çәkilmişdir. Vladiqafqazda ev-muzeyi açılmış (1939), abidәsi qoyulmuşdur (1955).
Ə s ә r l ә r i: Şerlәr, “SSRİ xalqları әdәbiyyatı müntәxәbatı” kitabında, B., 1956; Fatimә, B., 1961; Собр. соч., т. 1–5, М., 1959–61; Собр. соч., т. 1–3, М., 1974; Лирика, М., 1979.
Əd.: Д ж у с о й т ы Н. Коста Хетагуров. Очерк творчества, Сталинир, 1958; Ц а л л а г о в В.Н. Публицистика Коста Хетагурова, Орджоникидзе, 1983.










