XEVSURLAR (özlәrini x e v s u r i l ә r adlandırırlar) – gürcülәrin Şәrqi Gürcüstanın Xevsureti yüksәkdağlıq regionunda yaşayan etnoqrafik qrupu. Baş Qafqaz silsilәsinin şm. yamacında, Assa vә Arqun çaylarının yuxarı axarlarında Pirikita (Xarici) Xevsureti (Ardoti, Arxoti vә Şatili dәrәlәri), c. yamacında Piraketa (Daxili) Xevsureti (Araqvi çayı vә qollarının dәrәsi) yerlәşir. Xevsur dialekti gürcü dilinin Şәrqi Gürcüstan dialektlәrinә aiddir. Dindarları xristiandır.

Xevsurların möhkәmlәndirilmiş Şatili kәndi.
19 әsrәdәk Gürcüstanın şm. sәrhәdlәrinin Şimali Qafqaz dağlılarının basqınlarından müdafiәsindә mühüm rol oynamışlar. Mәdәniyyәtlәrinin arxaik formalarını saxlamışdılar. Əsasәn, әkinçilik vә qaramal yetiş dirilmәsi ilә mәşğul olmuşlar; inәk vә әridilmiş yağ әsas dәyәr ölçüsü idi. Yastı damı olan 3–4 mәrtәbәli qala-evlәrdә (kvitkiri) yaşayırdılar. Tünd rәngli yun parçadan (toli) tikilmiş geyimlәri (talavari) tikmә vә quramalarla (xaç motivi sәciyyәvidir) zәngin bәzәdilirdi. Düymәsiz üst geyimlәrin (kişilәrdә çoxa, qadınlarda koklo) qolları vә yan tәrәflәri kәsikli, arxası beldәn qırçınlı idi; kişi geyimi dәstinә çox vaxt әslәhә dә daxil edilirdi. Mürәkkәb qadın baş geyimlәri vә saç düzümlәri, xınadan istifadә sәciyyәvi idi; sonralar qadınlar saçlarını qısa kәsdirirdilәr. Şumluq torpaqlara sahib olan yerli ibadәtgahlara (xati, cvari) sitayiş (şumluq torpaqlar icma üzvlәri tәrәfindәn birlikdә becәrilirdi), din xadimlәrinin iyerarxiyası, qurbanvermә saxlanılırdı. Ehtiyatların mәhdudluğu sәbәbindәn X. adәtәn gec ailә qurur, onların 2–3 uşağı olurdu. 20 әsrin ortalarından X. Kaxetinin düzәnlik rayonlarına köçürlәr. Hazırda Şatili k.-ndә “Şatiloba” bayramı keçirilir.

Zirehli xevsurlar. 20 әsrin әvvәli.










