XEYBƏR KEÇİDİ – Əfqanıstanla Pakistanın sәrhәdi yaxınlığında, Süleyman vә Hindiquş d-rının qovuşduğu әrazidә dağ keçidi. Uz. 50–53 km, eni 15–130 m, hündür nöqtәsi 1030 (bәzi mәnbәlәrdә 1072) m-dir. Keçid boyu Pakistandan Əfqanıstan sәrhәdinәdәk d.y. xәtti vә müxtәlif sәviyyәlәrdә Pişәvәr – Kabil avtomobil vә karvan yolları keçir. X.k. tarix boyu mühüm hәrbi-strateji әhәmiyyәt daşımışdır.

Xeybәr keçidi.










