Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XEYBƏRİN FƏTHİ (629)
    XEYBƏRİN FƏTHİ (629) – erkәn islam dövrünün әn böyük fәthi. Xeybәr Mәdinә ş.-ndәn 180 km şm.-da, dәniz sәviyyәsindәn 850–1000 m yüksәklikdә eyniadlı vadidә yerlәşәn vә çox sayda qaladan ibarәt yәhudi şәhәri idi. Mәdinәdә törәtdiklәri xәyanәtә görә Mәhәmmәd peyğәmbәrin göstәrişi ilә şәhәrdәn çıxarılan yәhudilәrin Bәnu Nәzir qәbilәsi Xeybәrә sığındıqdan sonra Xeybәr yәhudilәrini, Mәkkә müşriklәrini vә әtraf әrәb qәbilәlәrini müsәlmanlara qarşı birlәşmәyә sövq etmiş, nәticәdә Xәndәk vuruşması (627) baş vermişdi. Mәhәmmәd peyğәmbәr Hüdeybiyyә sülhü (628) ilә Mәkkәdәn gözlәnilәn tәhlükәni zәrәrsizlәşdirmişdi. Bunun ardınca Mәdinәdәn Xeybәrә doğru hәrәkәtә başlamış, yolda Xeybәrin әsas müttәfiqi olan Qәtәfan qәbilәsini dә zәrәrsizlәşdirmәyә nail olmuşdu. Mәnbәlәrә görә, Xeybәrdә ilk fәth olunan qala Naim, sonra isә Nәtat, Şiqq, Sumran, Vәtih, Sulalim, Kәtibә vә s. qalalar idi. Qәmus qalasının alınmasında Əli ibn Əbu Talibin şücaәt göstәrmәsi vә böyük yәhudi cәngavәri Mәrhәb ibn Əbi Zeynәbi tәkbәtәk döyüşdә mәğlub etmәsi islam tarixindә yaddaqalan hadisәdir. Fәthdәn sonra Mәrhәbin qardaşı qızı Zeynәb atası vә әmisinin intiqamını almaq üçün peyğәmbәri zәhәrlәmәyә cәhd göstәrmiş, lakin niyyәtinә nail olmamışdı. X.f.-ndәn әldә edilәn xeyli qәnimәt şәriәt qaydalarına uyğun bölüşdürülmüşdü. Yәhudilәrin Mәdinә ilә Xeybәr arasında yerlәşәn vә fәthdәn sonra könüllü tәslim olan Fәdәk k.-ni (indiki Sәudiyyә Ərәbistanı, Hait ş.) peyğәmbәr qızı Fatimәyә bağışlamışdı. X.f. islama qarşı ciddi tәhdidi aradan qaldırmaqla yanaşı, hәm dә bütün qәbilәlәr arasında Mәdinә şәhәr-dövlәtinin nüfuzunu artırmışdı. Mәhәmmәd peyğәmbәrin razılığı ilә Xeybәrdә qalmalarına icazә verilәn yәhudilәr xәlifә Ömәr ibn Xәttabın [634–644] dövründә şәhәrdәn tamamilә çıxarılaraq Suriyaya sürgün edilmişdilәr.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 