XEYBƏR-PAXTUNXVA – Pakistanın şm.-q.-indә әyalәt. Sah. 74,5 min km2. Əh. 26,9 mln. (2012). İnz. m. Pişәvәr ş.-dir.
Tәbiәt. Əyalәtin әrazisi İran yaylasının ş. kәnarına daxildir. İqlimi subtropik, әsasәn, quru kontinentaldır. Yayı uzun, çox qızmar vә yağışlı, qışı quru vә istidir. Orta temp-r yanvarda +7°, iyulda +25°C-dir. Orta illik yağıntı 1270 mm-dir. Çayları azdır, әsasәn, azsuludur, ilin quraq dövründә quruyur. Faydalı qazıntıları: mәrmәr, barit, dolomit, qranit, gips, әhәngdaşı, maqnezit, fosfatlar, qırmızı oxra.
Tәsәrrüfat. Aparıcı sәnaye sahәlәri: hasilat, yeyinti (qәndbişirmә, tütün), tikinti materialları istehsalı (mәrmәr, kәrpic). K.t.- nda bitkiçilik (bağçılıq, buğda, şәkәr qamışı, tütün, qarğıdalı, çәltik, raps, qarabaşaq) vә heyvandarlıq (әsasәn, davar) inkişaf etmişdir. Ənәnәvi sәnәtkarlıq (qiymәtli vә qismәn qiymәtli daçların emalı, xalçaçılıq, at qoşqu lәvazimatı; odlu vә soyuq silah hazırlanması, mebel, geyim, ayaqqabı istehsalı vә s.) qorunub saxlanılmışdır. Xidmәt sferasının әsas sahәlәri: turizm, ticarәt vә nәql.-logistika.










