Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XEYİR VƏ ŞƏR
    XEYİR VƏ ŞƏR – bir tәrәfdәn, subyektin öz fәaliyyәtindә can atdığı, yaxud qaçmağa çalışdığı şeyi, digәr tәrәfdәn, bu vә ya digәr hәrәkәtin, yaxud iradә istiqamәtinin әxlaqi düzgünlüyünü, yaxud yanlışlığını bildirәn әsas etik kateqoriyalar.
    Qәdim Şәrq mifologiyası vә fәlsәfi düşüncәsindә X. vә ş. anlayışlarının kosmoloji tәsәvvürlәrlә bağlılığının üç modeli formalaşmışdır: maddi alәmin illüziya olmasından ibarәt doketik model, dualist model vә mütlәq xeyir ideyasından ibarәt monoteist model. Buddizm, caynizm, qismәn hinduizm vә monistik olmayan bütün hind fәlsәfi sistemlәri görüntü kimi qәbul etdiklәri maddi alәmi eyni zamanda şәrin mәnbәyi saymışlar. Qәdim Misir vә hett mifologiyaları üçün dualist yanaşma sәciyyәvi idi. Hettlәr “xeyir-yaxşılıq” vә “zülmәt torpaq”la (“aşağı dünya”) әlaqәli “şәr-pislik” anlayışlarını fәrqlәndirirdilәr. Hәqiqәt vә Yalan haqqında Misir әfsanәsin dә (e.ә. 1-ci minillik) şәrin tәcәssümü olan Yalan özünün böyük qardaşı – xeyirin tәcәssümü olan Hәqiqәti kor edir. Xeyir vә Şәr qardaşlar haqqında oxşar әfsanә qәdim hett әdәbiyyatında da mәlumdur (e.ә. 2-ci minillik). Sonrakı dövr Yaxın Şәrq fәlsәfi düşüncәsindә dualist tәmayül güclәnәrәk, maddi alәmi real qәbul edәn vә onu xeyirşәr qütblәrinә ayıran zәrdüştilikdә tamamlanmış konsepsiya formasını almışdır. X. vә ş.-i etik anlamda nәzәrdәn keçirәn vә kosmoloji anlamda yalnız xeyirin varlığını qәbul edәn Zәrdüştün monoteist ideyaları әsasında formalaşmış zәrdüştilik tәdricәn Ahura Mazda (Hörmüzd) vә Anqra Manyu (Əhrimәn) arasında gedәn mübarizә haqqında bütöv dini-fәlsәfi dualist tәlimә çevrilmişdir. Sonralar bu dualizm qnostisizmin bir sıra cәrәyanlarında, hәmçinin İşıq vә Zülmәt arasındakı mübarizә haqqında konsepsiyası ilә maniçilikdә mühüm әhәmiyyәt daşımışdır.
    Şәrq tәfәkkür tәrzinin formalaşdığı başlıca mәrkәzlәrdәn biri olan Azәrb.-ın da mәdәniyyәtinә dәrindәn nüfuz etmiş X. vә ş. dualizmi milli әnәnәdә (xüsusilә Novruz mәrasimlәrindә) indi dә saxlanır. Nizami Gәncәvi Şәrq dualist әnәnәsinin davamı kimi çıxış edәn “Xeyir vә şәr” hekayәsindә (“Yeddi gözәl” poeması) xeyir üçün yaxşılığın, şәr üçün isә pisliyin әzәli keyfiyyәt vә müqәddәrat kimi tәyin olunması qәnaәtinә gәlmişdir.
    Çin mәdәniyyәtindә X. vә ş. anlayışları “i – li” (“borc/әdalәt – fayda/sәmәrә”) sözlәri ilә sıx bağlı olan vә iki daha geniş mәnanı (“xoşbәxtlik, gözәllik, bacarıq, faydalılıq, xeyirxahlıq” vә “bәdbәxtlik, eybәcәrlik, ziyankarlıq, korlama, günahkarlıq”) bildirәn “şan” vә “e/u” sözlәri ilә ifadә edilir.
    “Şan” heroqlifi etimoloji cәhәtdәn qida mәcunu vә qurbanlıq hәdiyyә anlamında qoyun tәsvirinә әsaslanır. O, Syuy Şenin ilk izah lı-etimoloji “Şo ven sze szı” (“İşarәlәrin izahı vә heroqliflәrin tәhlili”, tәqr. eramızın 100 ili) lüğәtindә “szi” (“xoşbәxtlik, uğur”) termini ilә müәyyәnlәşir vә “i” (“zәruri әdalәt”), “mey” (“gözәllik”) heroqliflәri ilә sinonim kimi göstәrilir.
    “Şan”ın universal normativ-qiymәtlәndirici vә ontoloji kateqoriya qismindә fәlsәfi anlamı “İ szin” traktatında verilmişdir; burada xeyir Dao yolunun “davamı”, onun formalaşması isә fәrdi “tәbiәt” (sin) kimi nәzәrdәn keçirilir. Neokonfusiçiliyin görkәmli nümayәndәsi Çju Si bu müddәanı izah edәrәk, xeyrin ontoloji vә antropoloji aspektlәrini fәrqlәndirmişdir: “Göy vә Yer planında xeyir ilkin, [fәrdi] tәbiәt isә sonrakı... bәşәri planda tәbiәt ilkin, xeyir isә sonrakıdır”. “Yuan şan” (“Yaxşılığın başlanğıcına müraciәt”) traktatının müәllifi Day Çjen xeyiri humanizmdәn (jen), әxlaqlılıqdan (li), zәruri әdalәtlilikdәn ibarәt “Sәma altının böyük tәrәzisi” adlandırır vә göstәrirdi ki, “hәr işin xeyiri onun Göylә uyğunluğu”, yәni ilahi-tәbii universumla harmoniyası demәkdir. “İ szin”dә әsası qoyulmuş “şan” vә “sin” kateqoriyalarının qarşılıqlı әlaqәsi Çin fәlsәfәsinin mәrkәzi problemlәrindәn birinin – insanın xeyir vә şәrtәbiәtinin çoxәsrlik müzakirәsi prosesini şәrtlәndirdi ki, bu müzakirәlәrin dә başlanğıcında Konfusinin davamçıları Men-szı vә Syun-szı dururdular.
    Hind düşüncәsindә X. vә ş. anlayışları әzәldәn hәm Kainatın (dörd dünya mәrhәlәsi – yuqa haqqında nәzәriyyә), hәm dә cәmiyyәt vә fәrdin tәbii davamiyyәtinә daxil edildiyi üçün bu düşüncәdә X. vә ş.-in dualist konsepiyası vә xeyirlә şәrin mübarizәsi ideyası olmamışdır. Xeyir nizam (rita, sat, dharma), lәyaqәt (dharma, punya), ayini tәmizlik (şubha) vә rifahla (şri), şәr isә müvafiq olaraq xaos (anrita, asat), lәyaqәtsizlik (adharma), natәmizlik (aşubha) vә günahla (papa) assosiasiya olunsada, X. vә ş. qüvvәlәri arasında ciddi vә birmәnalı bölünmә yox idi. Veda mifolo giyasında allahlar (devlәr) işıqla, rifahla, hәyatla, demonlar (asuralar vә b.) isә zülmәtlә, aclıq vә ölümlә bağlı olmalarına baxmayaraq, X. vә ş.-ә münasibәtdә kifayәt qәdәr ambivalentdirlәr. Devlәrlә asuraların qarşıdurması әnәnәsi eyni dәrәcәdә mәkrli vә әdalәtsiz olan bu varlıqların tәbiәtlәrindә hansısa fәrqlәri nәzәrdә tutmurdu; yalnız onların funksiyaları fәrqlәndirilirdi: devlәrinnә etmәsindәn asılı olmayaraq, asuralar onlara qarşı dururdular vә bu rәqabәt hәr iki tәrәfin maraqlarına uyğun olaraq hәmişә yenidәn başlayırdı.
    Karmanın mәnәvi әvәzvermә mexanizmi kimi tәsbit olunması vә bununla paralel şәkildә karma qanununun tәsirindәn tam qurtulma (mokşa, nirvana) olaraq asketizmin inkişafı şәr ideyasının maksimum ümumilәşdirilmәsinә tәkan verdi: yaxşı, yaxud pis karmanın nәticәsi olan silsilә yeni dәndoğulmalar (sansara) şәklindә yer üzündәki mövcudluq mәhz hәmin mütlәq şәrdir vә onu dәf etmәklә hәr hansı müxaliflikdәn, o cümlәdәn X. vә ş. müxalifliyindәn kәnardakı kamil vәziyyәtә çatmaq olar. İnsanın bәdbәxt qismәtini onun keçmiş hәyatlardakı hәrәkәtlәri ilә izah edәn karma doktrinası şәr üçün daşınmalı olan bütün mәsuliyyәti insanın öz üzәrinә qoyurdu, lakin bu heç dә real mәsuliyyәt vә günah hissinә çevrilmirdi (yaddaşda saxlanmayan hәrәkәt üçün günah hissi keçirmәk mümkün deyil). Karma doktrinasına görә, bütün bәdbәxtliklәri ilә birlikdә insanın vәziyyәti dünyadakı şәr qüvvәlәrin, yaxud bәşәriyyәtin günaha batmasının nәticәsi deyil, insanın öz istәk vә hәrәkәtlәrinin nәticәsidir.
    Karma vә yenidәndoğulma (sansara) ideyaları dharma vә adharma – haqq vә nahaqq müxalifliyi ilә sıx bağlıdır. Lakin dharma heç dә mütlәq qaydada yüksәk mәnәviyyat, adharma isә onun yoxluğu demәk deyil. Hinduizm qәtli, oğurluğu vә digәr “natәmiz” mәşğuliyyәtlәri dә ehtiva edәn zümrә (varna), yaxud hәyat mәrhәlәsi (aşrama) borcunu zәrәr yetirmәmәk (ahimsa), düzgünlük, tәmәnnasızlıq vә s. ümumi әhәmiyyәt daşıyan әxlaqi prinsiplәrdәn ibarәt olan universal dharmadan açıq şәkildә üstün tutur.
    Hinduizmin teist dinlәrindә mәhz Allah dünya düzәnindә öz yerini şәrә ayırır: puranalara görә, Vişnu öncә brahmanları, vedaları vә ilahә Şrini, sonra isә Vedadan kәnar qalan aşağı varlıqları vә adharmanı yaratdı. Ən qüdrәtli vә әn xeyirxah şәxsi Allah ideyasını karma ideyası ilә birlәşdirmәyә çalışan hind mütәfәkkirlәri onu bir tәrәfdәn karma әvәzvermәsinin özünәmәxsus vasitәsi edir, digәr tәrәfdәn isә karmanın fövqün dә qoyurdular: şәxsi Allaha sәdaqәt (bhakti) karma cәzasından azad edir. Buddizmdә mahayana üçün yenidәndoğulma vә azadolmanın (sansara vә nirvana) eynilәşdirilmәsi, hinayana (theravada) üçün isә onların әksliyinin mütlәqlәşdirilmәsi sәciyyәvidir.
    Antik dövrdә X. vә ş. anlayışları. X. vә ş.-in xarici (zәnginlik vә yoxsulluq, şöhrәt vә rüsvayçılıq vә s.), cismani (sağlamlıq vә xәstәlik, gözәllik vә eybәcәrlik vә s.) vә mәnәvi (әxlaqi keyfiyyәtlәr vә günahlar) olaraq bölünmәsi ilә sәciyyәlәnәn antik etikada (Platon, “Qorgi”; Aristotel “Nikomax etikası”) bütün nemәtlәrә sahib olmaq xoşbәxtlik sayılır vә bu, insan fәaliyyәtinin ali nemәti vә mәqsәdi kimi nәzәrdәn keçirilirdi. Antik etikada evdemonizmin konkret mәnası X. vә ş. tiplәrindәn hansının daha әhәmiyyәtli qәbul edilmәsindәn asılı olaraq dәyişirdi. Stoiklәr vә platoniklәr xeyiri yaxşılıqla, şәri isә pisliklә eynilәşdirirdilәr, cismani vә xarici X. vә ş.-i, hәmçinin hәzzi vә әzabı isә “etinasızlıq” (adiafora) kimi nәzәrdәn keçirirdilәr. Buradan belә nәticәyә gәlirdilәr ki, yaxşı insan bütün vәziyyәtlәrdә xoşbәxt olacaq. Mәnәvi xeyiri birinci yerә qoyan peripatetiklәr xoşbәxtlik üçün xarici vә cismani xeyirlәrin dә zәruriliyini qәbul edirdilәr. Hedonist tәlimlәrdә, mәs., epikürçülәrdә xeyir hәzzlә, şәr әzabla eynilәşdirilir, yaxşılıq isә xoşbәxtliyә çatmaq vasitәsi idi.
    Antik etikada işlәnib hazırlanan “hәqiqi” vә “zahiri” xeyirin fәrqlәndirilmәsi X. vә ş.-in sonrakı әnәnәsi üçün mühüm әhәmiyyәt kәsb etdi. Bu fәrqlәndirmә Sokratın bilik vә yaxşılığın eyniliyi haqqında tezisin dә artıq mövcud idi: insan iradәsi hәmişә xeyirә doğru istiqamәtlәnir vә buna görә o, yalnız şәri xeyir kimi qәbul etdiyi zaman, yәni yanılma nәticәsindә şәr iş görә bilәr, lakin şәrin şәr olduğunu bildikdә onu etmәz. Aristotel bu tezisi rәdd etdi, lakin xeyiri can atılan obyekt kimi müәyyәnlәşdi rәrkәn, radikal relyativizm tәhlükәsi ilә qarşılaşdı, çünki buradan belә nәticәyә gәlmәk olardı ki, hәr kәs üçün faktiki can atdığı şey xeyirdir. Aristotel “hәqiqi xeyir”i, yәni tәbiәtә uyğun gәlәn vә mәnәvi cәhәtdәn mәqbul olanı konkret subyektә “zahirәn” belә görünәn, lakin әxlaqi cәhәtdәn mәqbul olmayana qarşı qoyur vә yaxşı insanın fikrini onların fәrqlәndirilmәsi üçün praktiki meyar hesab edirdi (“Nikomaxın etikası”).
    Antik dövr üçün X. vә ş. sadәcә insan davranışına aid etik anlayışlar deyil, bir qayda olaraq, onlar hәm dә kosmoloji vә ontoloji aspektlәrә malikdir (Platonda trans sendent Nemәt ideyası vә s.). Bu anlayışların etikadan kәnarda qalan aspektlәri şәr probleminin qoyuluşunda, yәni dünyada şәrin mәnbәyi mәsәlәsindә aydın şәkildә üzә çıxırdı. Bu problemin hәlli yollarından biri olan dualizmin nisbәtәn yumşaq formaları antik mәdәniyyәt üçün sәciyyәvidir vә onlarda şәr kosmik varlığın aşağı sferalarında lokallaşdırılan vә xeyirlә bәrabәr -hüquqlu olmayan әbәdi element kimi nәzәrdәn keçirilir. Platonik әnәnәdә bu cür yanaşma onun üçün sәciyyәvi olan hissi dünyadan “qaçış” idealını şәrtlәndirirdi vә bәzәn o, şәr mәnbәyinin әbәdi formasız materiya, yaxud Dünya canı olması haqqında tәsәvvürlә әlaqәli olurdu. Stoiklәr iddia edirdilәr ki, şәr mәntiqi olaraq xeyirin mövcudluğu üçün zәruridir, çünki әksliklәr bir-birindәn kәnarda mövcud ola bilmәzlәr, epistemoloji aspektdә isә әgәr subyekt şәri dәrk edә bilmirsә, xeyri dә dәrk edә bilmәyәcәk.
    Dualizm şәr üçün hәr hansı mәsuliyyәti xeyir başlanğıcının üzәrindәn götürür, lakin obyektiv varlığa bütövlükdә dәyәrlәr baxımından bәraәt qazandırmağa imkan vermir, çünki şәr onun ayrılmaz tәrkib hissәsi olur. Şәri bu vә ya digәr şәkildә xeyirә müncәr edәn, yaxud onun mövcudluğunu nәzәrә almayan monist kosmodiseya vә teodiseya dualizmin alternativi kimi çıxış edirdilәr: 1) yalnız xüsusi hallarda, bәlkә dә yalnız subyektin mәhdud nöqteyi-nәzәrinә görә mövcud olan şәrin ümuminin xeyri üçün zәruriliyi (Mark Avreli, “Öz-özümә”), yaxud onun ikincidәrәcәli nәticәsi olması (stoiklәr) haqqında platonizmdә vә stoisizmdә yayılmış tәsәvvür; 2) şәrin hansısa real mövcudiyyәt deyil, heçlik, yaxud gәrәkli olan xeyrin yoxluğu olması haqqında neoplatonizm üçün sәciyyәvi konsepsiya; 3) diqqәtin tәbii şәrdәn әxlaqi şәr üzәrinә yönәldilmәsi; burada tәbii şәr stoik ruhunda etinasızlıq, hәtta bir növ xeyir kimi şәrh edildiyi halda, әxlaqi şәr subyektdәn asılı olan vә tәbii şәrin özünü şәrtlәndirәn hәqiqi şәr kimi tәqdim edilir. Bu sonuncu yanaşma çәrçivәsindә tәbii şәr insanın yol verdiyi (mәs., әvvәlki hәyatında) әxlaqi şәrә görә düçar olduğu әdalәtli cәza qismindә mәnәvi xeyir kimi qәbul edilә bilәrdi (Plotin, “Enneadalar”). Bundan әlavә, tәbii şәr әzab çәkәn subyektin mәnәvi sağalma, yaxud yenidәn tәrbiyәlәnmә vasitәsi qismindә әxlaqi nemәt kimi nәzәrdәn keçirilә bilәrdi (Platon, “Dövlәt”). Çox vaxt bir fәrdin әzab çәkmәsi yalnız onun özünün deyil, hәm dә başqa insanların doğru yola gәlmәsi üçün vasitә kimi şәrh edilirdi (Platon, “Qorgi”).
    Orta әsrlәrdә X. vә ş. anlayışları. Monoteist dinlәr üçün Allahın mütlәq xeyir olması haqqında tәsәvvür sәciyyәvidir. Xristianlıqda mütlәq qüdrәt vә mütlәq müdrikliklә yanaşı, xeyir Allahın mühüm atributlarından biri hesab edilir. Xristian әnәnәsinә әsasәn, substansional xeyir yalnız Allaha mәxsusdur, bütün yaradılmış varlıqlar isә onu Allahın nemәti kimi alırlar. Əxlaqi vә tәbii X. vә ş.-i yenidәn nәzәrdәn keçirәn kilsә mütәfәkkirlәri antik düşüncәnin işlәyib hazırladığı konseptual imkanlara әsaslanırdılar. Mәs., Origen “hәqiqi mәnası ilә şәr”i, yәni әxlaqi qüsuru vә “mәcazi mәnada şәr”i, yәni “cismani”, “xarici” qüsuru fәrqlәndirirdi (“Selsә qarşı”). Böyük Vasilidә vә İohan Damaskindә tәbii şәr faktiki olaraq әzabla eynilәşdirilir vә sonuncu yalnız ona görә “zahiri” şәr kimi qәbul olunmalıdır ki, әks halda hәzzi hәqiqi xeyir kimi tәsdiq etmәk lazım gәlәcәk. Latın dilli dini filosoflardan Tertullian vә xüsusilә Avqustin şәrin ikili konsepsiyasını әxz etmişdilәr. Foma Akvinalının istifadә etdiyi “bonum etmalum morale” (әxlaqi X. vә ş.) vә “bonum et malum naturale” (tәbii, yaxud fiziki X. vә ş.) ifadәlәri sonralar yeni Avropa әnәnәsindә geniş yayıldı. Foma әxlaqi şәr dedikdә iradәnin günaha istiqamәtlәnmәsini, fiziki şәr dedikdә isә әzab deyil, daha çox tәbii qüsurları (korluq vә s.) nәzәrdә tuturdu.
    Şәr probleminә spesifik xristian yanaşması ondan ibarәt idi ki, tәbii şәrin әxlaqi şәr üçün cәza kimi şәrh olunması Adәm vә Hәvvanın günahabatması haqqında Bibliya hekayәtinә tәtbiq olunurdu vә bunun nәticәsindә ilk insanın günahı bütün insan tәbiәtinin әzabkeş vә ölümlü olmasının sәbәbi sayılırdı. Yunandilli xristianlıqda mövcud olan bu irsi cәza konsepsiyasına latındilli әnәnәdә Avqustindәn başlayaraq, anadangәlmә günah doktrinası әlavә edildi; hәmin doktrinaya görә, bәşәriyyәt Adәmdәn yalnız tәbii şәrә deyil, әxlaqi şәrә mәruz qalmanı da irsәn almışdır. Allah şәr üçün mәsuliyyәt daşımır, çünki şәr kosmik tarixin başlanğıcında Adәmin, yaxud İblisin hәyata keçirdiyi sәrbәst seçimin nәticәsidir. Bununla әlaqәdar X. vә ş. arasında seçim edә bilmәk bacarığı kimi başa düşülәn azadlıqla bağlı problem ümdә әhәmiyyәt daşımağa başladı. Eyni zamanda, Avqustin yönümlü katolisizmdә, sonrakı dövrlәrdә isә xüsusәn lüteranlıq vә kalvinizmdә vurğulanırdı ki, insanda ilkin günahın nәticәlәrindәn biri dә “iradә kölәliyi”, yәni xeyirә tәrәf müstәqil seçim edә bilmәmәk oldu, çünki bu seçim yalnız Allah lütfünün kömәyi ilә mümkündür.
    İslam düşüncәsindә X. vә ş. kәlam elmi çәrçivәsindә daha çox әxlaqi, fәlsәfәdә isә, әsasәn, ontoloji aspektdәn öyrәnilmişdir. Hәm kәlamçılar, hәm dә filosoflar X. vә ş. probleminә optimist yanaşma nümayiş etdirirdilәr: mütlәq xeyirin әksinә olaraq mütlәq şәr mövcud deyil; çünki, Y.Sührәvәrdinin tәbirincә, yaranışda şәrin substantiv әsası yoxdur. Müsәlman dünyasında ümumi anlamda xeyir varlıq (vücud), şәr isә yoxluq (әdәm) kimi müәyyәnlәşdirilmiş, X. vә ş. Kainat miqyasında qәza vә qәdәr problemi ilә paralel öyrәnilmişdir.
    Kәlamda şәr probleminin qoyuluşu, әsasәn, zәrdüştilәrlә şәrin mahiyyәti vә mәnbәyi barәdә diskussiyalar gedişindә kәlamçıların verdiklәri cavabların sistemlәşdirilmәsi ilә bağlıdır. Əşәriyyә alimlәri göstәrirdilәr ki, şәr öz-özlüyündә obyektiv hәqiqәtә malik olmayıb insan qavrayışının mәhsuludur. Ayrı-ayrı detalların izahındakı fәrqliliklәrә rәğmәn, bütün kәlamçılar şәr kimi qәbul edilәn hadisә vә ya predmetin әzәldә ziyan mәqsәdilә yaradılmadığı, ilahi әdalәtin yalnız xeyir tәlәb etdiyi fikrindә ortaq olmuşlar. Fatalist cәbrilәrdәn başqa, kәlamçıların çoxu әxlaqi şәri xeyir mәqsәdli ilahi nizama qarşı çıxmaq kimi dәyәrlәndirirdilәr.
    Problemә fәlsәfi yöndәn yanaşan Cahiz X. vә ş.-in mövcudluğunu Kainat nizamının tarazlığı üçün vacib hesab edirdi. Fәlsәfәdә X. vә ş.-i sistemli şәkildә ilk dәfә Farabi araşdırmışdır. O, problemi özünün südur nәzәriyyәsi çәrçivәsindә öyrәnir vә göstәrirdi ki, şәr südur (emanasiya) prosesindә varlığın öz әslindәn uzaqlaşmasına paralel olaraq, onun mükәmmәlliyindәki azalmadan ibarәtdir. Bu isә bilavasitә şәri deyil, xeyirin azalmasını ifadә edir (“Füsulül-mәdәni”). Saflıq qardaşları (İxvan әssәfa”), İbn Sina, Şәhristani vә b. ayrı-ayrı şәrlәrin bütöv Kainat miqyasında dә yәrlәndirildikdә dolayısı ilә ümumi xeyirә xidmәt etdiyini anlamağın mümkünlüyü fikrinә tәrәfdar idilәr: “hadisә vә predmetlәrin qanunlarını, onlar arasındakı әlaqә vә nizamı dәyәrlәndirә bilәn şәxs varlığın hәqiqәtini dәrk edәr” (“Rәsail”, Saflıq qardaşları). İbn Sinanın bu barәdә fikirlәrini belә ümumilәşdirmәk mümkündür: “kiminsә suda boğulması suyun yaradılışındakı ilkin mәqsәdin şәr olduğuna dәlalәt etmir” (“Əş Şifa”). Kainatda xeyir düzәninin hakim olması barәdә optimist fәlsәfәnin zirvәsini M.Qәzzalinin aforizmә çevrilәn vә ciddi müzakirәlәrә sәbәb olan bu ifadәsi tәşkil edir: “Olandan daha gözәlinin olması mümkün deyil” (“Əl-İmla fi işkalatilİhya”). Əxlaqi X. vә ş. problemindә Aristotel әnәnәsini davam etdirәn Farabi xoşbәxtliyin mahiyyәti mәsәlәsindә ondan ayrılırdı: “xoşbәxtlik insanın fәal ağılla rabitә quraraq, maddәyә möhtac olmadan varlıqda kamilliyә çatmasıdır” (“Əl-Mәdinәtül-fazilә”). Ona görә, müәyyәn hәrәkәtlәrin şәr kimi dәyәrlәndirilmәsinin sәbәbi onların ümumi  xeyirә – xoşbәxtliyә әngәl olmasıdır.
    Konkret mәkan vә zamandakı şәr probleminin izahı mümkün olmadığı tәqdirdә, pessimist vә ya nihilist yanaşmaya qarşı çıxan müsәlman mütәfәkkirlәri ilahi iradә vә әdalәtә güvәnc hissini aşılamağı tövsiyә edirdilәr.
    Əksәr müsәlman alimlәri, xüsusilә problemә batini yöndәn yanaşan tәsәvvüf ardıcılları X. vә ş.-i bәndәyә Allah tәrәfindәn göndәrilәn cәza, sınaq vә ya ibrәtalma vasitәsi kimi nәzәrdәn keçirmiş, hadisә vә ya hәrәkәtin xeyir, yaxud şәr kimi qiymәtlәn dirilmәsindә insan qavrayışı ilә mütlәq ilahi idrak müstәvilәrini fәrqlәndirmişlәr.
    Yeni dövrdә X. vә ş. problemi. Antik dövrdә vә orta әsrlәrdә bu mövzuya dair işlәnib hazırlanmış yanaşmalar 20 әsrә qәdәr dini vә fәlsәfi әnәnә üçün bu vә ya digәr formada aktual olaraq qalırdı. 17–18 әsrlәrdә X. vә ş.-in formal tәsnifatı yaradıldı. Bura da әxlaqi vә fiziki növlәrlә yanaşı, metafizik X. vә ş. dә tәsdiq edilirdi (Q.V.Leybnits, “Teodiseya”; S.Klark, “Allahın atributları vә varlıq haqqında düşüncә”; U.Kinq, “Şәrin mәnşәyi haqqında”). Q.V.Leybnits әxlaqi X. vә ş.-i savab vә günah, fiziki X. vә ş.-i xoşbәxtlik (hәzz) vә bәdbәxtlik (әzab), metafizik X. vә ş.-i isә kamillik vә qeyri-kamillik kimi müәyyәnlәşdirirdi. X. vә ş.-in bu növlәri bir-birilә әlaqәlidir: daha kiçik kamillikdәn daha böyük kamilliyә keçid hәzz kimi, әksinә keçid isә әzab kimi qavranılır, savab isә hәmişә subyektin xoşbәxtliyinә (yәni, uzunmüddәtli hәzzinә) yardımçı olur. X. vә ş. bәşәri vә ilahi iradәdәn asılı olmayan obyektiv mahiyyәtlәr kimi düşünülür (R.Kedvort, “әbәdi vә dәyişmәz әxlaq haqqında traktat”). Bununla Duns Skot, R.Dekart vә b.-n da rast gәlinәn teoloji volyuntarizm konsepsiyası (bu konsepsiyaya görә, xeyirin mahiyyәti Allah tәrәfindәn müәyyәnlәşdirilir, belә ki, әgәr O istәsәydi, mәzmun etibarilә tamamilә başqa әxlaqi qanun bәrqәrar edә bilәrdi) rәdd edilirdi.
    Yeni dövrün sekulyarlaşmış mәdәniyyәtindә X. vә ş.-in metafizik anlamından imtinaya, onun subyektiv qavrayışdan asılı olmayaraq, şeylәrin özünә obyektiv kefiyyәtlәr qismindә aidliyinin rәdd edilmәsinә dә rast gәlinirdi (T.Hobbs, B.Spinoza vә b.). Əxlaqi X. vә ş. “әxlaqi hiss”ә xas olan spesifik mәmnunluq vә qeyi-mәmnunluq obyekti kimi şәrh edilmәyә başladı (D.Yum, “İnsan tәbiәti haqqında traktat”). Bukon tekstdә әxlaqi X. vә ş.-in mahiyyәti fiziki X. vә ş.-dәn o dәrәcәdә asılı vәziyyәtә qoyulurdu ki, sonuncuların olmaması hәr hansı yaxşılıq vә pislik haqqında tәsәvvürün formalaşdırılmasına imkan vermirdi (D.Didro, “Abbat de Prad apologiyasının davamı”). Bu asılılıq müxtәlif cür anlaşıla bilәrdi. “Eqoist” variantda yaxşılıq vә pislik sadәcә olaraq insanın, onun xoşbәxtliyinә, yaxud bәdbәxtliyinә yardım edәn aktivlik formalarıdır (Spinoza, “Etika”). “Al truist” variantda әxlaqi X. vә ş. başqa insanların xoşbәxtliyinә, yaxud bәdbәxtliyinә yardım edәn davranışdır (F.Hatçeson, “Gözәllik vә lәyaqәt ideyalarımızın mәnşәyi haqqında tәdqiqat”). Nәhayәt, utilitarizmdә “maksimum sayda insanın maksimum dәrәcәdә xoşbәxtliyi” әxlaqi X. vә ş.-in meyarına çevrilir (İ.Bentam – C.Mill prinsipi). Bu kontekstdә “әxlaqi şәr” termini bәzәn artıq hansısa günahı deyil, şüurlu varlıqların fәaliyyәtinin nәticәsi olan әzab növünü, “fiziki şәr” isә mәnbәyini tәbii faktorlar tәşkil edәn әzabları bildirir (Y.Dürinq, “Hәyatın dәyәri”).
    İ.Kantın deontoloji etikasında әxlaqi xeyrin mahiyyәti hәzz vә әzabdan qәtiyyәn asılı deyil vә hәrәkәtin formal qanunauyğunluğundan, yәni hәmin hәrәkәti şәrtlәndirәn әxlaq prinsipinin tәbiәtin ümumi qanunu ola bilmә imkanından ibarәtdir (“Əxlaq metafizikasının әsasları”). Davranış prinsipi kimi obyektiv әxlaqi borca deyil, evdemonist motivlәrdәn irәli gәlәn özünüsevmәyә üstünlük verilmәsi isә insan tәbiәtinә xas olan әzәli “radikal şәr”dir (“Yalnız şüur çәrçivәsindә din”). Özünü “ümumi”yә, yaxud varlıq mәcmusuna qarşı qoyan vә metafizik sәviyyәdә konkret iradәnin, yaxud fәrdi şüurun xüsusilәşmәsi kimi başa düşülәn eqoizm alman klassik fәlsәfәsinin sonrakı әnәnәsindә çox vaxt şәrin mahiyyәti kimi nәzәrdәn keçirilirdi (G.V.F.Hegel, “Hüquq fәlsәfәsi”).
    Praktiki etika sahәsindә 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә L.N.Tolstoyun “şәrә zorakılıqla müqavimәt göstәrmәmә” tәlimi qızğın mübahisәlәr doğurmuş, İ.A.İlyinin “Güc yolu ilә şәrә müqavimәt göstәrmә haqqında” әsәri bu tәlimin tәnqidinә hәsr olunmuşdu.
    X. vә ş.-in hәzz vә әzabla әlaqәli olmayan digәr tәrif variantı intuitivist etika üçün sәciyyәvidir. Xeyri aristotelçi-sxolastik yöndә düzgün sevgi obyekti kimi müәyyәnlәşdirәn F.Brentano (“Əxlaqi idrakın mәnşәyi haqqında”) hesab edirdi ki, bu sevginin düzgünlüyü onun aşkarlığının bilavasitә intuitivliyindәn irәli gәlir. 20 әsrin 1-ci yarısı ingilis fәlsәfәsindә C.Mur, U.Ross vә b. oxşar fikirlәr ifadә edirdilәr. Mәs., Mur hesab edirdi ki, xeyir hadisәlәrin bilavasitә görünәn vә müәyyәnlәşmәsi mümkün olmayan, heç nәyә müncәr edilmәyәn sadә keyfiyyәtidir. Hәrәkәtin әxlaqi düzgünlüyü onun “universumda mümkün olan әn çox xeyir mәcmusunu tәmin etmәsi” ilә müәyyәnlәşir (“Etikanın başlanğıcı”). Dәyәrin varlıqdan asılı olmaması haqqında oxşar fikirlәr fenomenologiya nümayәndәlәri (M.Şeler, N.Hartman vә b.) üçün dә sәciyyәvi olduğu halda, F.Nitsşedә әxlaqın tәnqidi onun әxlaqdan kәnarda qalan faktorlarla hәrәkәtә gәtirilәn epifenomen kimi şәrhinә әsaslanır (bu cür şәrh eyni zamanda marksizm, freydizm vә poststrukturalizmin müxtәlif cәrәyanları üçün dә sәciyyәvidir). Nitsşe alicәnab vә hәyati güәcә malik insanların aristokratik dәyәrlәrinә uyğun gәlәn “yaxşı” vә “pis”i (gut und schlecht), digәr tәrәfdәn zәif vә sosial cәhәtdәn әzilәn insanların maraqlarını ifadә edәn “xeyir” vә “şәr”i (gut und böse) fәrqlәndirirdi (“Əxlaqın genealogiyası”). Yeni “fövqәlinsan”ın özü nütәsdiqi naminә әzabı minimuma endirmәyә can atan altruist әxlaqı dәf etmәk Nits şenin “xeyir vә şәr sәrhәdinin o üzündә” durmaq çağırışının әsasını tәşkil edir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 