XEYLOPLASTİKA – dodağın forma vә ölçüsünün inyeksiya vә yaxud implantlarla, habelә cәrrahi üsulla korreksiyası ilә plastik әmәliyyat. X.-nın müştәrilәri çox vaxt dodaqlarının hәcmini artırmaq istәyәn qadınlar olur. Əmәliyyatın aparılması üçün bir sıra әks-göstәrişlәr (kәskinlәşmә mәrhәlәsindә olan herpes, bәzi ümumi xәstәliklәr – dәri vәrәmi, diabet, dodağın sağalmamış zәdәlәnmәsi, qanın laxtalanmasına aid problemlәr) nәzәrә alınmalıdır. X. zamanı inyeksiya ilә dodağın anesteziyası üçün sintetik preparatlardan istifadә olunur. Dodağın hәcmini artırmaq üçün, әsasәn, müştәrinin öz bәdәninin digәr nahiyәsindәn әldә edilmiş kollagen vә yaxud özünün piy toxuması götürülür. Bunlar yaxşı köçürülә bilir, allergiya vermir..










