XEYRƏDDİN BARBAROS PAŞA [tәqr. 1483 (digәr mәnbәlәrә görә 1478, yaxud 1482), Midilli (indiki Lesbos a.) – 4.7. 1546, İstanbul] – Osmanlı hәrbi vә siyasi xadimi, Əlcәzair hökmdarı (1519 ildәn). Dulusçu ailәsindәndir. Əsl adı Xızırdır. Barbaros lәqәbini ona italyanlar vermişdilәr. Dәniz qulduru vә istedadlı dәnizçi kimi mәşhur idi. 1510 ildә qardaşı Baba Orucla birgә Əlcәzairә gәlәrәk yerli әhalinin ispan ağalığına qarşı üsyanına başçılıq etmiş, 1514 ildә hakimiyyәti әlә keçirmişdi. Qardaşının ölümündәn (1518) sonra hakimiyyәtdә qalmağa çalışam X.B.p. kömәk üçün I Sәlimә müraciәt et miş, Əlcәzairi Osmanlı imperiyasının himayәsinә vermiş, bunun müqabilindә paşa rütbәsini vә bәylәr bәyi vәzifәsini almışdı (1519). 1520–25 illәrdә Əlcәzairdә ağalıq uğrunda ispanlarla, hәmçinin Hәfsilәrlә mübarizә aparmışdır. 1533 ildә sultan I Süleyman Qanuni onu Osmanlı donanmasının baş admiralı tәyin etmişdi. 1538 ildә Venesiya ilә müharibә gedişindә Preveza yaxınlığında A.Dorianın komandanlıq etdiyi Avropa koalisiyasının donanmasını darmadağın etmiş, 1541 ildә Əlcәzair yaxınlığında İspaniya kralı V Karlı mәğlubiyyәtә uğratmışdı.










