Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XEYRİYYƏ CƏMİYYƏTLƏRİ 
    XEYRİYYƏ CƏMİYYƏTLƏRİ – Azәrb.-da 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә әhali arasında mәdәni-maarif vә xeyriyyә işlәri aparmış tәşkilatlar. İlk xeyriyyә cәmiyyәtini 1872 ildә H.Zәrdabi yaratmışdır. Cәmiyyәtin qarşısına qoyduğu әsas vәzifә tәhsil alanlara kömәk vә az tәminatlılara yardım göstәrilmәsi idi. Qafqaz şәhәrlәrini dolaşaraq cәmiyyәtә üzv toplayan H.Zәrdabi müәyyәn dәrәcәdә istәyinә nail olsa da, toplanan üzvlük haqlarının kәskin azalmasına görә cәmiyyәt 1873 ildә bağlanmışdır.
    1898 ilin yanvarında Sankt-Peterburqda Azәrb. xeyriyyәçilәrinin tәşәbbüsü vә tәsisçiliyi ilә “Müsәlman xeyriyyә cәmiyyәti” yaradılmışdı. Cәmiyyәtin amalı yoxsul müsәlmanların rifahını yaxşılaşdırmaq, şagird vә tәlәbәlәrin tәhsilinә yardım etmәk idi.
    1905 il inqilabından sonra Oktyabr manifestinin elan edilmәsi nәticәsindә yaranan yeni şәraitdә Azәrb.-da bir sıra X.c. tәsis edilmişdir. İlk qeydә alınmış cәmiyyәt “Bakı müsәlman xeyriyyә cәmiyyәti” (1905) idi. Bakı qubernatorunun baş idarәyә göndәrdiyi 1906 il 30 noyabr tarixli mәktubunda Bakıda fәaliyyәtdә olan 25 ictimai tәşkilat göstәrilirdi. Bunlar “Nәşri-maarif”, “Nicat”, “Sәadәt”, “Sәfa”, “Hidayәt”, “Bakı şәhәr vә xalq mәktәblәrinin şagirdlәrinә yardım cәmiyyәti”, “Orta tәhsilin yayılmasının Balaxanı cәmiyyәti” (1910), “Əmircan müsәlman xeyriyyә cәmiyyәti” (1916) vә s. idi. Gәncә (“Gәncә müsәlman xeyriyyә cәmiyyәti”), Naxçıvan (“Naxçıvan şiә incәsәnәti vә dram cәmiyyәti”), Şamaxı (“Yeni Şirvan” cәmiyyәti), Şuşa (“Şuşa xeyriyyә cәmiyyәti”), Şәki (“Nuxa şәhәr müsәlmanları arasında tәhsilin yayılması üzrә cәmiyyәt”), Salyan (“Salyan maarifçilik cәmiyyәti”) vә s. ş.-lәrdә dә X.c. fәaliyyәt göstәrirdi. Azәrbaycan Xalq Cümhuriyyәti dövründә “Yaşıl qәlәm”, “İslam incәsәnәt abidәlәrini sevәnlәr vә qoruyanlar”, “Azәrbaycan tәlәbә ittifaqı”, “Xalq evlәri”, “Kәndli ittifaqı”, “Müsәlman aktyorlar cәmiyyәti”, “Müsәlman zәhmәtkeş ziyalılar ittifaqı”, “Uşaq evi”, “Uşaq hәkimlәri” vә s. X.c. vә xeyriyyә tәşkilatları dayaradılmışdı.
    Əsasәn H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsәdullayev, M.Muxtarov vә b. mesenatların maddi vәsaiti ilә qurulan X.c.-nin әsas mәqsәdi Birinci Dünya müharibәsi vә etnik münaqişәlәr şәraitindә zәrәrçәkmişlәrә, yox sullara maddi kömәk etmәk, türk hәrbi әsirlәrinә dәstәk olmaq, yoxsul şagird vә tәlәbәlәrә yardım göstәrmәk, teatr truppaları, kitabxana, qiraәtxana, mәktәb yaratmaq idi. Ətrafında dövrün Ə.Topçubaşov, M.Ə.Rәsulzadә, Ə.Ağayev, Ə.Hüseynzadә, Ü.Hacıbәyli, T.M.Bayramәlibәyov, F.R.Ağazadә, Divanbәyoğlu, Ə.Ə.Haqverdiyev, H.Ə.Qayıbzadә, Ə.Terequlov, M.Abbaszadә, M.C.Hacınski, M.S.Hacınski, Axund Z.Əlizadә, Mirzağa Əliyev, A.A.Gәraybәyli vә b. görkәmli dövlәt, ictimai-siyasi, elm vә mәdәniyyәt xadimlәrini toplamış X.c. bütövlükdә cәmiyyәtin hәyatında fәal rol oynayır, xalqın tәrәqqisi yolunda maddi vә mәnәvi qüvvәlәrin sәfәrbәr edilmәsi üçün müstәsna xidmәtlәr göstәrirdi. X.c.-nin fәaliyyәti Azәrb.-la mәhdudlaşmayıb Rusiya, Gürcüstan vә Türkiyәni dә әhatә edirdi. Bu fәaliyyәt Moskva vә Sankt-Peterburq kimi ş.-lәrdә әsasәn tәhsilә yardım, Tiflis, Batumi, Qars, Ərdәhan kimi ş.-lәrdә isә Birinci Dünya müharibәsindәn zәrәrçәkmişlәrә yardım şәklindә idi.
    Hәmin dövrdә Azәrb.-da qadınların maariflәndirilmәsi uğrunda fәal mübarizә aparılırdı. Ş.Əfәndizadә, Q.Mәlikova, R.Hacıbababәyova, S.Axundzadә, X.Əlibәyova, H.Mәmmәdquluzadә-Cavanşir, X.Ağayeva, L.Tuqanova-Muxtarova, M.Bayramәlibә yova-Mәlik-Yeqanova kimi qadınlar ictimai işlәrdә vә X.c.-ndә fәallıq göstәrmişlәr. 1846 ildә Tiflisdә yaradılmış “Müqәddәs Nina” xeyriyyә cәmiyyәtinin Bakı, Şamaxı, Gәncә vә İrәvanda şöbәlәri olmuşdur. Bakıda ilk qadın xeyriyyәcәmiyyәti 1908 ildә H. Zәrdabinin hәyat yoldaşı H.Mәlikova-Abayevanın tәşәbbüsü vә sәdrliyi ilә “Nicat” cәmiyyәtinin şöbәsi kimi yaradılmışdır. 1914 ildә “Bakı Müsәlman Qadın Xeyriyyә Cәmiyyәti”, hәmçinin S.Şahtaxtinskaya vә H.Mәmmәdquluzadә- Cavanşirin tәşәbbüsü ilә Tiflisdә “Qafqaz Müsәlman Qadınları Xeyriyyә Cәmiyyәti” (1908-17) tәsis edilmişdi. Dövrün tәhsilli qadınları әsasәn iri sәnayeçilәr, dövlәt mәmurları vә hәrbçilәrin hәyat yoldaşları idilәr, onların mәqsәdi yalnız ehtiyacı olan insanlara maddi yardım etmәk deyil, hәm dә Azәrb. qadınlarının mәdәni sәviyyәsini qaldırmaq, onlarda müasir tәhsilә maraq oyatmaq idi.
    Azәrb.-da X.c.-ni tәkcә azәrb.-lılar deyil, burada yaşayan başqa millәtlәrin nümayәndәlәri dә yaradırdılar. 1906 ildә “Bakı Gürcü Xeyriyyә Cәmiyyәti”, 1907 ildә alman icmasına mәxsus “Bakı Yevangel – Lüteran Qadınlar Xeyriyyә Cәmiyyәti”, rus icmasının “Kiril-Mefodi Qardaşları Bakı Pravoslav Xeyriyyә Cәmiyyәti”, “Dağıstandan gәlәn dağlıların qarşılıqlı yardım cәmiyyәti”, 1908 ildә “Bakı-Roma Katolik Xeyriyyә Cәmiyyәti”, “Bakı –Yunan Xeyriyyә Cәmiyyәti” açılmışdı. 20 әsrin әvvәllәrindә Azәrb.-da ümumilikdә 30-dan artıq X.c. fәaliyyәt göstәrirdi. X.c.-nin fәaliyyәti Aprel işğalından (1920) sonra dayandırılmışdır.
    Əd.: S ü l e y m a n o v a S.Y., Azәrbaycanda ictimai-siyasi hәrәkat, B., 1999; İ l k i n Q., Bakı vә bakılılar, B., 2006; M ә r d a n o v M., Azәrbaycan tәhsil tarixi, I c., B., 2011; Y a q u b l u N., Azәrbaycanın ilk qeyri-hökumәt tәşkilatları, B., 2013.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 