Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XEYRİYYƏÇİLİK 
    XEYRİYYƏÇİLİK – tәmәnnasız göstәrilәn vә tәyinatı könüllü әsaslarla seçilәn yardım. X.-in әsas sәbәbi bәşәriyyәtin tәbiәtәn yardımsevәrliyi, xeyriyyәçi insanların canlı alәmin bir hissәsi olduqlarını vә dünyanın yaxşılaşması üçün müştәrәk mәsuliyyәt daşıdıqlarını dәrk etmәlәridir. Belә dәrketmә nәticәsindә ictimai әhәmiyyәt daşıyan müxtәlif sәviyyәli vәzifәlәr meydana çıxır. Onların icrası mövcud zaman vә mәkan şәraitindә müxtәlif sәbәblәrә (qanunvericilik dә müәyyәn boşluqlar, sәlahiyyәtli orqanların sәhlәnkarlığı, mәsuliyyәtsizlik vә s.) görә reallaşmadıqda X.-ә ehtiyac yaranır. Belәliklә, X. hәyata keçirildiyi cәmiyyәt daxilindә ictimai sistemi daha tez vә planlaşdırılma baxımından daha asan möhkәmlәndirmә mәqsәdi güdür.
    X.-in növlәri keçirilmә zamanına (qısamüddәtli, ortamüddәtli vә uzunmüddәtli X.), yerinә (mәhәlli, şәhәr, ölkә, materik miqyaslı X.), әhatә etdiyi insan qrupuna (peşәkar, texniki, dini, milli, müәyyәn yaş qruplu X.), yardım mәnbәyinә görә (dövlәt, ictimai fondlar, beynәlxalq vә xarici institutlar, vәtәndaş cәmiyyәti, ayrı-ayrı şәxslәr) fәrqlәndirilir. Bundan әlavә, korporativ X., filantropiya, mesenatlıq, sponsorluq kimi X. növlәri dә var ki, bunların hәr birinә xas xüsusiyyәtlәr göstәrilәn yardımların xarakterindәn irәli gәlir. Korporativ X. biznes strukturlarının müxtәlif sosial layihәlәrin dәstәklәnmәsinә, ehtiyacı olanlara yardım göstәrilmәsinә, hәmçinin ictimai, elmi, mәdәni әhәmiyyәt daşıyan tәdbirlәrin sponsorluğuna yönәlmiş fәaliyyәtidir. Belә ki, müasir dövrdә bir sıra iri şirkәtlәr özlәrinin xeyriyyә fondlarını yaradaraq bu tip fәaliyyәtlә mәşğul olurlar. Sponsorluq fәaliyyәti hәm X., hәmdә reklam növlәrindәn biridir, çünki bu zaman çәkilәn xәrclәr bir qayda olaraq şirkәtlәrin reklam üçün ayırdığı büdcәdәn sәrf olunur. Sponsor yalnız kimәsә yardım etmәk mәqsәdilә deyil, hәm dә öz mәhsulunu daha geniş yaymaq üçün X. edir. Bununla belә, sponsorluq fәaliyyәti zamanı gösrәrilәn yardımların miqdarı, әhatә dairәsi vә ictimai әhәmiyyәti bәzәn elә böyük olur ki (mәs., idman yarışlarının tәşkilinә ayrılan vәsaitlәr), digәr X. növlәrindәn heç dә geri qalmır. X.-in daha bir növü olan mesenatlıq (antik dövrdә qәdim Roma şairlәrinә himayәdarlıq edәn Qay Silni Mesenatın adı ilә adlandırılmışdır) nisbәtәn mәhdud çәrçivәdә – elm, mәdәniyyәt, әdәbiyyat vә incәsәnәt sahәsinә yardım göstәrilmәsindәn ibarәtdir. Mesenatlığın vәzifәsi konkret şәxsә deyil, yaradıcılıq mәhsuluna, onun ictimai әhәmiyyәtinә yardım etmәkdir. Bu baxımdan müasir dövrdә bir çox mәdәniyyәt sahәlәrinin (mәs., elmi, bәdii kitabların nәşri, rәsm sәrgilәrinin tәşkili, yeni kinofilmlәrin istehsalı vә yayılması vә s.) inkişafında mesenatların rolu әvәzsizdir. X.-in әn geniş әhatә dairәsinә malik olan növü isә filantropiyadır. Digәr növlәr yalnız insana vә onun yaradıcılığına aid olduğu halda, bu növ X. bütövlükdә canlı alәmi vә hәyat şәraitinin yaxşılaşdırılmasına yönәlәn fәaliyyәti ehtiva edir. Ekologiyanın yaxşılaşdırılması, yeni dәrman preparatlarının işlәnib hazırlanmasına vәsaitlәrin ayrılması, tәbiәtin mühafizәsinә dair müxtәlif qrantların tәyin edilmәsi, heyvanların müdafiәsi vә s. әsas filantropiya fәaliyyәtlәrindәndir.
    X.-in formaları özünün ifadә üsullarına görә fәrqlәnir: hәyata keçirildiyi cәmiyyәt üçün әn faydalı vә uğurlu fәaliyyәt növlәri haqqında bilik vә bacarıqların әldә edilmәsi (mәs., müxtәlif tәhsil vә peşә müәssisәlәrinin, kursların, treninqlәrin tәşkili); bilik vә bacarıqların ötürülmәsi üçün müvafiq şәraitin yaradılması vә bu prosesә insanların cәlb edilmәsi; müәyyәn sahәlәrdә tәmәnnasız işlәrin görülmәsi (mәs., әhalinin qulluğa ehtiyacı olan hissәsi – qocalar, әlillәr, kimsәsizlәr üçün); müxtәlif xidmәtlәrin göstәrilmәsi (mәs., hüquqi vә fiziki şәxslәrә tәmәnnasız hüquqi yardım); qida, әmlak vә digәr istehlak mallarının, hәmçinin onları әldәetmә vasitәlәrinin, o cümlәdәn pulun verilmәsi vә s. geniş yayılmış X. formalarındandır.
    Vәtәndaş cәmiyyәti vә dini tәşkilatların X.-yә münasibәti adәtәn müsbәt olur vә ayrı-ayrı vәtәndaşların, müәssisә vә idarәlәrin birbaşa iştirakı; bu vә ya digәr dini tәlimin ehkamları, hәmçinin dindarın vacib vәzifәlәrindәn biri şәklindә әsaslandırılması; dövlәt orqanları tәrәfindәn böyük әhәmiyyәt daşıyan vә uğurla hәyata keçirilәn xeyriyyә aksiyalarının, onun iştirakçılarının bu vә ya digәr formada mükafatlandırması (X.-lә mәşğul olan müәssisәlәrә vergi güzәştlәri, ayrı-ayrı şәxslәrә fәxri adların verilmәsi vә s.) vә s. formada dәstәklәnir.
    X. vә ümumiyyәtlә sәxavәtlilik islam dini dәyәrlәri arasında mәrkәzi yerlәrdәn birini tutur. Ehtiyacı olanlara sәdәqә verilmәsi, xüms zәkat vergilәri, müәyyәn işә başlamaq üçün faizsiz borc ayrılması, daşınmaz әmlakın bağışlanması (vәqf) vә s. X. formaları islamda geniş yayılmışdır. Bütövlükdә müsәlmanın müsәlmana yardım etmәsi Qurandan qaynaqlanan göstәriş olduğuna görә, әksәr islam ölkәlәrindә X. insanların gündәlik hәyatının ayrılmaz tәrkib hissәsidir. Milliyyәtindәn, dinindәn vә irqindәn asılı olmayaraq, yad insana sәxavәt göstәrmәk, evindә qonaq etmәk, ehtiyaclarını ödәmәk islamın yüksәk mәnәvi-әxlaqi dәyәrlәrindәndir. Xristianlığın X. әnәnәlәri bu dinin yayılmağa başladığı ilk illәrdәn başlamış, onun rәsmi status almasından sonra geniş yayılmışdır. Rәsmi Kilsә strukturları formalaşdıqdan sonra mәhz bu mәqsәdlәrlә ianәlәrin toplanması tәcrübәsi mövcuddur. Bundan әlavә, müharibәlәr zamanı monastır rahibәlәrinin şәfqәt bacıları qismindә yaralılara yardım göstәrmәlәri, kilsәlәrin nәzdindә xәstәxanaların, әczaxanaların, yoxsullar üçün ümumi qidalanma mәrkәzlәrinin tәşkili xristian X.-inin әsas növlәrindәndir.
    Azәrbaycanda qәdim әnәnәlәrә malik X. daha qabarıq şәkildә orta әsrlәrdә әxilәr hәrәkatının (bax Əxilik) fәaliyyәtindә әksini tapırdı. Cәmiyyәtin hәyatında yaxından iştirak, yoxsullara, kimsәsizlәrә, qәriblәrә yardım, müsafirlәrә xidmәt, insan haqlarının vә әdalәtin qorunması uğrunda mübarizә, istәr Azәrb.-da, istәrsә dә Anadoluda vә İranda fәaliyyәt göstәrmiş әxilәrin başlıca mәqsәdi idi. Bütövlükdә orta әsrlәrdә hakim sülalәyә mәxsus ayrı-ayrı şәxslәr, iri feodallar, tacirlәr vә digәr zәngin insanlar tәrәfindәn әhalinin yoxsul tәbәqәsinә yardımların göstәrilmәsi, müxtәlif ianә vә bәxşişlәr vasitәsilә onların hәyat şәraitinin yaxşılaşdırılması tәcrübәsi geniş yayılmışdı.
    19 әsrin ikinci yarısı – 20 әsrin әvvәllәrindәn Azәrb.-da X. fәaliyyәti sistemli halaldı. Bu işin tәkanverici qüvvәsi hәmin dövrün iri sәnayeçilәri vә zadәgan nәslinә mәnsub şәxsiyyәtlәr olsalar da, sonralar strukturlaşdırılmış tәşkilatlar yaradıldı (bax Xeyriyyә cәmiyyәtlәri) vә X. ictimai hәrәkata çevrildi. Hәlә 19 әsrin ortalarında Qarabağ xanı İbrahimxәlil xanın qızı, X.Natәvanın xalası Gövhәr xanım Qacar öz dövrünün böyük mesenatı kimi tanınmışdı. Mükәmmәl tәhsil almış Gövhәr xanım tәhsilә vә incәsәnәtә böyük maraq göstәrir, alim vә şairlәri himayә edirdi. 1789 ildә İbrahimxәlil xan tәrәfindәn tikilmiş, sonradan Gövhәr xanım tәrәfindәn bәrpa vә tәmir etdirilmiş Şuşa mәscidi indi onun adını daşıyır (Gövhәr ağa mәscidi). Sonrakı dövrdә X. Natәvan xalasının başladığı işlәri davam etdirmiş, Şuşanın su tәminatını yaxşılaşdırmaq mәqsәdilә kәhriz vә su anbarı, mәktәb tikdirmişdir. H.Mәmmәdquluzadә-Cavanşir Kәhrizlidә mәktәb, tibb mәntәqәsi, toxuculuq emalatxanası açmış, Ağdamın xeyriyyә cәmiyyәtinә maddi vәsait ayırmış, ayrı-ayrı şәxslәrә yardım göstәrmişdir.
    20 әsrin әvvәllәrindә Bakıda neft sәnayesinin inkişafı ilә әlaqәdar milli burjuaziya sinfinin formalaşması bir çox sahәlәrdә olduğu kimi, X. fәaliyyәtindә dә әhәmiyyәtli keyfiyyәt vә kәmiyyәt dәyişikliyinә sәbәb oldu. Bu sinfin әn görkәmli nümayәndәlәri – H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsәdullayev, M.Muxtarov, H.M.Rәfiyev, B.T.Aşurbәyov, B.M.Aşurbәyov, İ.M.Aşurbәyov, T.Q.Aşurbәyov, N.H.Aşurbәyova, İ.Ə.Hacınski, Y.Dadaşov, Ə.Çermoyev vә b. xalqın maariflәnmәsi, ana dilinin inkişafı, qәzet vә jurnalların çapı, müasir tipli mәktәblәrin tikilmәsi, kitabxanaların, mәdәniyyәt vә incәsәnәt ocaqlarının yaradılması işindә әvәzsiz xidmәtlәr göstәrmişlәr. Bakı – Şollar su kәmәrinin çәkilmәsi, müsәlman Şәrqindә müasir tipli ilk Qızlar gimnaziyasının yaradılması, “Hәyat” qәzeti vә “Füyuzat” jurnalının nәşrә başlaması, xaricdә tәhsil alan azәrbaycanlıların (N.Nәrimanov, M.Əzizbәyov, S. Mehmandarov vә b.) tәhsil haqqlarının ödәnilmәsi vә s. H.Z.Tağıyevin; Moskvada yoxsul uşaqlar üçün mәktәbin, Tatar mәdәniyyәt cәmiyyәti üçün binanın tikilmәsi, Tiflis Müәllimlәr İnstitutunda öz adına iki tәqaüdün tәsis edilmәsi vә s. Ş.Əsәdullayevin; Bakının Əmircan qәsәbәsindә vә Şimali Qafqazın Vladiqafqaz şәhәrindә әzәmәtli mәscidlәrin tikilmәsi, “Tәrәqqi” qәzetinin maliyyәlәş dirilmәsi vә s. M.Muxtarovun; Bakıda Şәhәr xәstәxanasının tikintisindә, Bakı Realnı mәktәbinin, Bakıdakı xeyriyyә cәmiyyәtlәrinin, Gәncә müәllimlәr seminariyasının, Şamaxı Realnı mәktәbinin maliyyәlәşmәsindә iştirak vә s. M.Nağıyevin әn dәyәrli X. işlәridir. Aprel işğalı (1920) mәlum ideoloji vә siyasi sәbәblәrә görә bir sinif kimi milli burjuaziyaya, hәmçinin onun X. fәaliyyәtinә son qoymuşdur.
    Azәrb. öz müstәqil dövlәtçiliyini bәrpa etdikdәn sonra yenidәn X. fәaliyyәtinә maraq vә ehtiyac yarandı. Hazırda ölkәdә X. institutu ictimai hәyatın xüsusi sektoru olub, dövrün reallıqları vә tәlәblәrinә uyğun inkişaf etdirilir. Bu inkişafın perspektivlәri ölkәnin gәlәcәk iqtisadi tәrәqqisi, sosiomәdәni modernlәşmәsi, vәtәndaş cәmiyyәtinin möhkәmlәnmәsi vә bütövlükdә cәmiyyәtin mәnәvi-әxlaqi kamillәşmәsi ilә bağlıdır. Azәrb. Resp. Prezidenti yanında Qeyri-Hökumәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurası tәrәfindәn xeyriyyә işlәri ilә mәşğul olan qeyri-hökumәt tәşkilatlarına qrantların ayrılması dövlәtin bu sahәnin inkişafına verdiyi real dәstәyin tәzahürüdür. Ölkәdә yardıma ehtiyacı olanlara qayğı, tәhsilin, mәdәniyyәt vә incәsәnәtin, sәhiyyәnin, idmanın inkişafı, Azәrb. tarixi ilә bağlı hәqiqәtlәrin dünyada tәbliği, xalqın maddi-mәnәvi dәyәrlәrinin yenidәn dirçәldilmәsi vә qorunub saxlanması, dünya xalqlarının mәdәniyyәtlәrinә inteqrasiyası istiqamәtindә ciddi işlәr görәn Heydәr Əliyev Fondu X. sahәsindә fәaliyyәtilә qeyrihökumәt tәşkilatları arasında xüsusi yer tutur. Fondun xәttilә paytaxtda vә regionlarda mәktәblәr, uşaq bağçaları, sağlamlıq vә idman mәrkәzlәri, mәdәniyyәt vә incәsәnәt ocaqları açılır, qocalara, sağlamlığı mәhdud olan vәtәndaşlara, kimsәsiz uşaqlara mәnәvi vә maddi yardımlar edilir. Fondun rәhbәri, Azәrb. Resp.-nın birinci vitse-prezident Mehriban Əliyevanın bu sahәdә gördüyü işlәr yalnız Azәrb.-da deyil, dünya miqyasında izlәnilir vә qiymәtlәndirilir.
    İDEA İctimai Birliyi (tәsisçisi vә rәhbәri Leyla Əliyevadır) Azәrb.-da ekologiyanın, әtraf mühitin, heyvanların müdafiәsi sahәsindә layihәlәr hәyata keçirir. 2016 ildә İDEA-nın maliyyә dәstәyilә Heyvanlara Qayğı Mәrkәzi açılmış, burada Bakı vә әtraf әrazilәrdәn gәtirilmiş sahibsiz heyvanların müayinәsi vә müalicәsi, onların müvәqqәti saxlanması üçün şәrait yaradılmışdır. Mәrkәzin tәrkibindә sahibsiz heyvanlar üçün yemlәrin istehsalı üzrә fabrik istifadәyә verilmişdir. Bundan әlavә, Birlik sosial vә ekoloji yardımı özündә birlәşdirәn “Mәktәb bağları” layihәsinin tәşәbbüskarıdır. IDEA, BMT-nin Ərzaq vә Kәnd Tәsәrrüfatı Tәşkilatı (FAO) vә Azәrb. Resp. Tәhsil Nazirliyinin birgә hәyata keçirdiyi layihә çәrçivәsindә Göyçay, Şәmkir, Hacıqabul, Quba, Masallı, Oğuz vә Zaqatala rayonlarında, elәcә dә Bakının Xәzәr rayonunda orta mәktәblәrin hәyәtlәrindә meyvә ağaclarının әkinlәri aparılır. Birlik Bakı şәhәrinin abadlaşdırılması, mәhәllәdaxili kiçik parkların vә istirahәt yerlәrinin yaradılması, Xәzәr dәnizi sahillәrinin mәişәt tullantılarından tәmizlәnmәsi vә s. layihәlәri mütәmadi hәyata keçirir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 