XƏDİCƏ BİKƏ (?–?) – Bakı xanlığının siyasi hәyatında mühüm rol oynamış qadın. Qubalı Hüseynәli xanın [1726–58] qızı, Fәtәli xanın [1758–89] bacısı, A.A.Bakı xanovun nәnәsi. Bakı xanlığını özündәn asılı vәziyyәtә salmağa çalışan Fәtәli xan X.B.-ni 1766 ildә Bakıxanı I Mirzә Mәhәmmәdxanın [1747–68] oğlu Mәlik Mәhәmmәd xana [1768–84] әrә vermişdi. X.B. tezliklә Bakı xanlığının idarә olunmasında mühüm rol oynamağa başlamışdı. Mәkkә ziyarәti zamanı vәfat etmiş Mәlik Mәhәmmәdxanın yerinә hakimiyyәtә qardaşı Xancan bәy keçmәyә çalışsa da, X.B. buna yol vermәmiş, taxta hәddi-büluğa çatmayan oğlu II Mirzә Mәhәmmәd xanı [1784–91] çıxarmış vә Bakı xanlığının Qubaxanlığından tam asılı vәziyyәtә düşmәsinә nail olmuşdu.










