XƏDİCƏ (خديجة ), Ü m m ü l - Q a s i m X ә d i c ә b i n t X ü v e y l i d (tәqr. 556, Mәkkә – 19.4. 620, Mәkkә) – Mәhәmmәd peyğәmbәrin birinci arvadı, Fatimәnin anası. Qüreyş qәbilәsinin Bәni-Əsәd qolundandır. Mәnbәlәrdә Tahirә, Kübra lәqәblәri ilә xatırlanır. X. ticarәt karvanlarına sahib, işlәri müstәqil idarә edәn zәngin qadın olmuşdur. Mәhәmmәd onunla peyğәmbәrlik dövründәn әvvәl evlәnmişdi. O, Mәhәmmәdin peyğәmbәrlik missiyasına inanan ilk qadın olmuş, hәm maddi, hәm dә mәnәvi cәhәtdәn onu dәstәklәmişdir. Hәcun qәbiristanlığında (Mәkkә) dәfn olunmuşdur.










