XƏLƏC – Azәrb. Resp.-nın Salyan r-nunda kәnd. Xәlәc ә.d.-nin (Xәlәc, Abadkәnd kәndlәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 20 km şm.-da, Cәnub-Şәrqi Şirvan düzündәdir. Əh. 3625 (2019); әkinçilik (taxılçılıq, pambıqçılıq, üzümçülük) vә heyvandarlıqla mәşğuldur. 2 tam orta mәktәb, kitabxana, hәkim mәntәqәsi, poçt filialı; arxeoloji abidәlәrdәn orta әsrlәrә aid Yuxarı Xәlәc yaşayış yeri, kәndin c.-ş.-indә Qırx -çıraq yaşayış yeri var.










