XƏLƏC – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Qafan r-nu), Xәlәc çayının sol sahilindә azәrb.-ların yaşadığı kәnd. 1918 ildә kәnd ermәnidaşnak hücumlarına mәruz qalaraq dağıdılmış, әhalisinin bir hissәsi qәtlә yetirilmiş, sağ qalanlar Bakıya vә Qubadlı r-nunun kәndlәrinә sığınmışdır. Sovet dövründә kәnd әhalisinin bir qismi geri qayıtmış, kәndi bәrpa etmişdi. 1988 ildә kәndin bütün әhalisi deportasiya olunmuş vә kәndә ermәnilәr yerlәşdirilmişdir.










